9 noyabr Bayraq günü münasibətilə Təhsil Mərkəzində mühəndis-pedaqoji və şagird kollektivi ilə birgə tədbir keçirildi. Əvvəlcə dövlət himni oxundu. Şagirdlərimiz Dövlət bayrağı haqqında geniş məlumat verdilər, şeirlər söylədilər.
Tədbirdə məktəbin direktoru Azad Məmmədov çıxış edərək, Azərbaycanın bu günkü inkişaf yolundan, bayraq haqqında qanundan və dövlətimizin ilk peşə-ixtisas təhsilinə olan qayğısından danışaraq tədbir iştirakçılarına geniş məlumat verdi. Sonra direktor müavini Camal Rəsulov çıxış edərək vurğuladı ki, milli bayrağımız qürur yerimizdir və gənclərimiz yaxşı təhsil almaqla, bacarıqlı və səriştəli gənclər səviyyəsinə yüksəlməlidirlər.