Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsili proqramı üzrə turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisası üzrə təhsil alan tələbələrin dövlət buraxılış-ixtisas imtahanında iştirak edib.

İmtahan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”na əsasən aparılıb.

Tam orta təhsil bazasından “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisası üzrə keçirilən imtahanda Dövlət Attestasiya Komissiyasının sədri Babək Müzəffərov (“Gabala Hospitality Group” MMC HR direktor) və komissiya üzvləri tələbələrin yekun qiymətlərini, istehsalat xasiyyətnamələrini, ixtisas (sınaq) işlərini imtahan keçirilən otaqda qəbul edib, hotellərin aşpaz və iaşə menecerləri sınaq işlərini qiymətləndiriblər. Qaydalara uyğun olaraq tələbələrlə şifah sorğu aparılaraq imtahan nəticələri elan olunub

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.