07 dekabr2018-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil müddəti 3 il olan I kurs qruplarında təhsil alan tələbələrin valideynlər ilə iclas keçirildi. İclasın mövzusu: Təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində valideynin rolu.
Mərkəzin direktoru A. Məmmədov hal-hazırda dövlətimizin peşə təhsilinə olan qayğısı və peşə təhsili müəssisələrinin qarşısına qoyulmuş tələblər barədə valideynlərə məlumat verdi. O, eyni zamanda ailə tərbiyəsinin düzgün qurulmasının şəxsiyyətin formalaşmasında rolu, valideynlərin müəllimlərlə birgə həyata keçirilməsi zəruri olan mühüm məsələləri qeyd etdi.
Tədris-istehsalat işləri üzrə direktor müavini C. Rəsulov şagirdlərin dərsə davamiyyəti, onların tərbiyəsi, məktəbə, müəllimlərə qarşı münasibətləri, valideyn-məktəb əlaqələrinin qurulmasının zəruriliyi kimi məsələləri işıqlandırdı.
Psixoloq Zemfilə Hüseynova ailədə sağlam psixiloji mühitin şagirdlərin formalaşmasında rolu barədə, Mərkəzdə tələbələrlə aparılan psixoloji işlərin vəziyyəti haqqında valideynləri məlumatlandırdi.
Daha sonra baş usta Səlim Mehdiyev, sinif rəhbərlərindən Rübabə Məmmədova və qrupların istehsalat təlim ustaları da valideynlərə şagirdlərin tərbiyəsi, təhsili, davamiyyəti ilə bağlı məlumat verdilər.
Tədbirin sonunda valideynlər Təhsil Mərkəzinin sinif otaqları, emalatxana, laboratoriyalar, kitabxana və digər tədris aparılan otaqlarla tanış oldular.