10 dekabr 2018-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilmişdir.
Təhsil Mərkəzinin 3 illik qruplarının tələbələri ilə birgə “Heydər Əliyev – Azərbaycan dövlətinin qurucusudur” mövzusunda açıq dərs keçirilmişdir. Dərsi Mərkəzin psixoloqu Zemfilə Hüseynova aparmışdır. Tələbələr dərsdə Ulu Öndər haqqında maraqlı məlumatlar əldə etmişlər və öz fikirlərini söyləmişlər.
Təhsil Mərkəzinin 2 qrupunun – elektrik montyoru və geyim üzrə dizayner qruplarının tələbələri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Sabah da digər qrupların ziyarəti planlaşdırılmışdır.
Təhsil Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə psixoloq Z. Hüseynova açdı. Dövlət Himni səsləndikdən sonra Təhsil Mərkəzinin direktoru Azad Məmmədov Ulu Öndər haqqında geniş məlumat verdi. Sonra müəllimlər Hicran Qaçayeva, Bəxtiyar Qasımov, direktor müavini Camal Rəsulov çıxış edərək Heydər Əliyevin Azərbaycan Dövləti qarşısındakı xidmətləri barədə tələbələrə məlumatlar verdilər. Tədbirin sonunda Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş film izlənildi.