“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi  “Gənclərin özünəməşğulluğu üçün Sosial Sahibkarlıq” adlı layihəsinin çərçivəsində  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 26 Dekabr 2018-ci il tarixində “Ustad dərsləri” başlığı altında təşkil olunan təlimlərdə təlimçilər tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində seçilmiş gənclərə Sosial sahibkarlıq, Özünəməşğulluq, Biznes idarəçiliyi, Marketinq, Maliyyə savadı, Gənclər fondunun gənclər üçün imkanları və Aqroturizm  mövzuları  keçirilmişdir. Təlimlər interaktiv və təcrübəyə əsaslanan əyani vəsaitlərin təqdimatı ilə təşkil edilmişdir.

Təlimdə təlimçilər gənclərin sosial sahibkarlığa və biznes ideyalarının yaradılmasına motivasiyası üçün müxtəlif innovativ metodologiyalardan istifadə edərək təlimlərdə bütün iştirakçıların aktiv iştirakına şərait yaratmışdılar. Təlimlərdə Sosial sahibkarlıq sahəsində Avropa təcrübəsi və dünyaca tanınmış Sosial sahibkarların maraqlı sosial layihələri haqqında təqdimatlar edilmişdir.

Layihənin həyata keçrilməsinidə əsas məqsəd  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən seçilmiş 15 nəfər gəncin sosial və yaşıl sahibkar kimi formalaşıb özünə məşğulluq imkanlarıın genişlənməsinə dəstək olmaq, həmin gənclərin bilik və bacarıqlarını artırmaqdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.