Notice: Undefined index: license in /home2/gabalaptmeducp/public_html/wp-content/plugins/elementor-pro/license/api.php on line 359

Notice: Undefined index: license in /home2/gabalaptmeducp/public_html/wp-content/plugins/elementor-pro/license/api.php on line 359
Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur edib. – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur edib.

Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup müəllim və tələbə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur edib. İnfotur zamanı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tədris və Təlim İşləri üzrə direktor müavini Camal Rəsulov qonaqlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. O, mərkəzin infrastrukturu, tələbə kontingenti, maddi-texniki bazası, təhsil pillələri, dual təhsil, işəgötürənlərlə əməkdaşlığımız, ixtisaslar və tədrisin təşkili haqqında geniş təqdimat edib.

İnfotur iştirakçıları mərkəzin emalatxanaları, sinif otaqları və ümumi ərazisi ilə tanış olub, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5493