Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin I kurs “Heyvandarlıq mütəxəssisi” və “Bitkiçilik mütəxəssisi” ixtisas qruplarında iş yerində təcrübəyə əsaslanan proqram çərçivəsində “heyvanların yemlənməsi” modulu üzrə istehsalat təlimi dərslərinin Qəbələ rayonunda yerləşən “Gilan Dairy Farms” MMC-nin südçülük kompleksində keçirilməsinə start verildi.
Təlim zamanı kompleksin mütəxəssisləri tələbələrə heyvandarlığın inkişaf etdirilməsi üçün yem istehsalının əhəmiyyətindən, heyvanların saxlanılması qaydaları, süd və ət istehsalı barədə geniş məlumat vermişlər. Tələbələr Kompleksdə heyvanların saxlanma və yemlənməsi şəraiti ilə yaxından tanış olmuşlar.
Qeyd edək ki, 2018-ci il məzunlarından 3 nəfər həmin Kompleksdə işlə təmin olunmuşdur.