18 mart 2019-cu il tarixdə Bərdə Peşə Liseyinin mühəndis – pedaqoji heyətinin 20 nəfərədək əməkdaşı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər etmişlər. Səfərin əsas məqsədi modul tipli təhsil proqramları və kurikulumlar üzrə tədris prosesinin təşkili, tədris planlaşdırıcı sənədlərin aparılması, istehsalat təcrübəsinin təşkili və metodiki işlərin məzmunu ilə tanışlıq olmuşdur.
Bərdə PL əməkdaşları Təhsil Mərkəzi ilə ilkin tanışlıqdan sonra direktor Azad Məmmədov Təhsil Mərkəzinin fəaliyyəti barədə təqdimat etməklə qonaqlara geniş məlumat verdi və onların suallarını cavablandırdı. Sonra Tİİ üzrə direktor müavini Camal Rəsulov metodiki işlərin aparılması, modul tipli təhsil proqramları və kurikulumlarla işlər, tədris – planlaşdırıcı sənədlərin aparılması və müasir təlim üsullarının tətbiqi bağlı müfəssəl məlumatları qonaqların diqqətinə çatdırdı. Qonaqların suallarına cavab verildi.
Təqdimatlardan sonar Bərdə PL əməkdaşları tələbələrin əl işlərindən ibarət sərgiyə baxdılar, sinif otaqları və tədris kabinetləri ilə tanış oldular. Təhsil Mərkəzində qonaqlar bir neçə qrupda tədris prosesini yaxından izlədilər, sənədlərlə yerində tanış oldular, müəllim və istehsalat təlimi ustaları ilə fikir mübadiləsi apardılar.
Günün sonunda tələbələrimizin istehsalat təcrübəsinin təşkili ilə yaxından tanış olmaq üçün, qonaqlar “Gilan Qəbələ Aqrotexservis” ASC-yə yola düşdülər. Burada onları müəssisənin rəhbərliyi və baş mütəxəssisləri qarşılamış, müəssisə və tələbələrin təcrübəsi barədə məlumatlar vermişlər.