Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və “Azerbaijan 1C Distribution” MMC-nin direktoru Nərmin Aşirovanın iştirakı ilə əməkdaşlıq memorandumu imzalayıb.

Memorandum çərçivəsində “Azerbaijan 1C Distribution” MMC tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Mühasibat uçotu” ixtisasında tədrisin təşkilinə dəstək məqsədilə

✅1C proqram təminatlarının tədris prosesində istifadə edilməsi məqsədilə, ianə olaraq təmin edilməsi,

✅tələbələrin güzəştli proqramla sertifikatlaşdırılmasının təmin edilməsi,

✅1C üzərindən diplom işi yazmaq istəyənlərə təmənnasız texniki ve konsultativ dəstək,

✅tərəfdaş şirkətin mütəxəssisləri tərəfindən hər tədris ilində seminar, master klassların keçirilməsi razılaşdırılmışdır.

Tədbirdə Mərkəz rəhbərliyi ilə yanaşı, İqtisadiyyat və Maliyyə şöbəsinin əməkdaşları, müəllimlər və “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Müəllim və tələbə heyəti 1C Proqram təminatının rəsmi təlim mərkəzinin fəaliyyəti ilə tanış olub, 1C proqramının tədris prosesində istifadəsi və günümüzdə aktual olan uçot alətləri, proqram və sertifikatlaşdırma kimi mövzuları əhatə edən seminar keçirilib.

https://www.facebook.com/share/p/18ZxgjT1o8/

https://www.instagram.com/p/DDhV0sisD7O/?img_index=1

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.