Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günü” Tədbirlər Planı çərçivəsində Heydər Əliyevin Anım Gününə həsr edilən anım tədbiri və xüsusi dərslər keçirilib. Mərkəzin mühəndis-pedoqoji heyəti Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildiriblər.
Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Tədbirdə tələbələrə Heydər Əliyev siyasətindən və onun dövlət quruculuğundan məlumatlar verilib. Ulu öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışılıb. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuza artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Bildirilib ki, 12 dekabr tarixində müasir Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin vəfatından 21 il ötür. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Təkcə onu deyə bilərik ki, 44 günlük Haqq savaşımızda cənab Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakıyla 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Azərbaycanı daima müstəqil, torpaqlarımızı bütöv şəkildə görmək Ulu Öndərin ən böyük arzularından biri olub. Şuşa şəhərinin işğaldan azad olunduğu gün Cənab Prezident İlham Əliyev vurğulamışdır: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Məhz Cənab Prezidentimizin güclü siyasəti, müzəffər Azərbaycan ordusu, vətənpərvər gənclərimiz sayəsində bu gün Azərbaycan Qalib xalq kimi tanınır.