ℹ️Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin könüllüləri 4-7 fevral tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində gənclər düşərgəsində, 07 fevral tarixində isə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Gənclər həftəsi” çərçivəsində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Suverenlik və İnkişaf” mövzusunda Şəki-Zaqatala regionuna daxil olan rayon gənclərinin iştirakı ilə Regional Forumda iştirak ediblər.

Könüllülərimiz düşərgə zamanı komanda quruculuğu, liderlik, fərdi inkişaf təlimləri, intellektual yarışlar, hüquqi maarifləndirmə sessiyaları, musiqili gecələr və peşəkarlarla görüşlər həyata keçiriblər.

Regional Forumda Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərindən, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs olunub. Tədbirdə Azərbaycan Gənclər siyasəti və Azərbaycanın suverenliyi mövzularını özündə əks etdirən videoçarx nümayiş olunub. Daha sonra il ərzində gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən gənclər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilmiş Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.

https://www.facebook.com/share/p/1YLNA3NS7r/

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.