ℹ️Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təlim-tərbiyə prosesini inkişaf etdirmək və “Mərkəz-müəllim-valideyn” münasibətlərini möhkəmləndirmək məqsədilə 2 illik və 3 illik texniki peşə təhsili qruplarında valideyn iclası keçirilib.

İclasın keçirilməsində məqsəd valideynləri Təhsil Mərkəzinin həyatında fəal iştiraka təşviq etmək, habelə Mərkəz-valideyn əlaqələrini gücləndirməkdən ibarətdir.

İclasda tələbələrin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizam qaydaları, təlim-tərbiyə prosesinin vəziyyəti, onun inkişaf etdirilməsi yolları, bundan əlavə tələbələrin uğurları və ya nöqsanları müzakirə olunub, təhlil edilib.

Qeyd olunub ki, tələbələrin nizam-intizamına, təhsillərinə və sair kimi xüsusiyyətlərinə müəllim və valideynin birgə nəzarəti mütləqdir.

Həmçinin iclas zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb.

https://www.facebook.com/share/p/1B8LPYYCBe/

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.