Səbətiniz Boşdur!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü Zinyət Tahirli-Əlibəylinin qələmə aldığı “Qəbələ Alimləri” kitabının təqdimatı keçirilib
Tədbir Azərbaycan Dövlət Himni ilə başlayıb, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə kitabda yer alan alimlər, yaxınları, şəhid ailələri, ictimaiyyət nümayəndələrindən ibarət 150-dən çox ziyalı insanlar iştirak ediblər.
Tədbiri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev açaraq, gələn qonaqları, dəyərli alimləri salamlayıb, “Qəbələ alimləri” kitabı haqqında ürək sözlərini deyərək, kitabın əhəmiyyətini vurğulayıb.
“Qəbələ Yazarlarına Dəstək” ictimai birliyinin sədri Rəna Azaklı, Bakı Avrasiya universitetinin professoru, 50-yə yaxın kitabın müəəlifi, fəlsəfə doktoru, araşdırmaçı alim Ədalət Tahirzadə, kitabda haqqında danışılan ilk alim olan Elşad Abdullayev, ADNSU-nun dosenti, kimya elmləri namizədi Muraday Abdullayevin oğlu Hikmət Abdullayev, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, mərhum Qara Əhmədovun qızı Xuraman Əhmədova və digər alimlər və alimlərin yaxınları kitab haqqında önəmli fikirlərini qeyd ediblər, onun cəmiyyətimizə qatdığı dəyərdən danışıblar.
Müzakirələr və xatirə söhbətləri ilə zəngin olan tədbir iştirakçılarda dərin təəssürat yaradıb və yaddaşlarda iz qoyub.
Təqdimat mərasimi çay süfrəsi arxasında keçirilən qeyri-rəsmi hissə ilə davam edib.
#QəbələDövlətPeşəTəhsilMərkəzi


























Bir cavab yazın