05 dekabr 2019-cu il tarixdə Qafqaz Sport Oteldə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin işəgötürənlərlə birgə tədbiri keçirildi. Tədbirin əsas məqsədi Təhsil Mərkəzi ilə işəgötürənlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, dualabənzər PTT-nin təşkili və həyata keçirilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsinin sistemli aparılması üçün Koordinasiya Şurasının yaradılması idi. Tədbiri Alman Beynəlxalq əməkdaşlıq Təşkilatının əməkdaşı Məhəmməd Məmişzadə açaraq, dualabənzər PTT barədə tədbir iştirakçılarına məlumat verdi. Sonra Təhsil Mərkəzinin direktoru, iqtisad elmləri namizədi Namik Muradov iştirakçıları salamlayaraq, Təhsil Mərkəzində həyata keçirilən pilot layihə haqqında və gələcək planlardan danışdı. Ardınca Təhsil Mərkəzinin dualabənzər PTT barədə təqdimatı göstərildi.
Tədbirdə 9 nəfərdən ibarət tərkibdə Koordinasiya Şurası seçildi və Şuranın gələcək işlərinin planlaşdırılması aparıldı.
Tədbirdə Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Məşğulluq Mərkəzinin, turizm İnformasiya Mərkəzinin, KOB-un və Qəbələ rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı və turizm subyektlərinin nümayəndələri,iştirak edirdilər.
Tədbir Təhsil Mərkəzinin və Alman Beynəlxalq əməkdaşlıq Təşkilatının (GIZ) təşkilatçılığı ilə baş tutmuşdur.