13 dekabr 2019-cu il tarixdə Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının müvafiq yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbiliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə “Sənin səsin – sənin gələyəcəyin” mövzusunda tədbir keçirildi. Tədbirdə Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Sultanov, 116 saylı ərazi seçki dairəsinin əməkdaşı Dilşad Rəsulova, ilk səs verəcək 50 nəfər gənc iştirak edirdilər.
Tədbirdə çıxış edən Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Sultanov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin sosial, humanitar, iqtisadi və siyasi həyatında mühüm rol oynayır. Bu gün gənclərimiz üçün yaradılan geniş imkanlar sayəsində, gənclər cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib.
Daha sonra çıxış edən 116 saylı ərazi seçki dairəsinin əməkdaşı Dilşad Rəsulova ilk dəfə səsvermə hüququ qazanmış gənclərə seçicinin hüquq və vəzifələri haqqında ətraflı məlumat verərək bildirdi ki, bugünkü müasir dövrün tələbləri gənclər qarşısında daha böyük imkanlar, daha böyük şərait yaradır ki, gənclər Azərbaycan adına istənilən platformada təmsil oluna bilsinlər. İstər yerli, istərsə də beynəlxalq aləmdə bu gün gənclərin uğurları hər gün daha da artır.
Tədbirdə çıxış edən Təhsil Mərkəzinin tələbəsi Ədibə İbrahimova hər bir gənci seçkilərdə fəal iştirak etməyə səslədi.