Təhsil Nazirliyinin təsdiq etdiyi fəaliyyət planına əsasən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 25 dekabr 2019-cu il tarixdə “Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə, milli-mənəvi dəyərlərinə qarşı yönələn təhdidlər barədə məlumatların müasir proseslərlə müqayisəli təhlil edilərək tələbələrə çatdırılması” istiqamətində tədbir keçirildi. Tədbiri Təhsil Mərkəzinin direktoru, iqtisad elmləri namizədi Namik Muradov açaraq, Prezident İlham Əliyevin bu tədbirdəki nitqindən sitatlar gətirdi və bildirdi ki, bu nitqdən irəli gələn tapşırıqlar bizim fəaliyyət istiqamətimizi müəyyən edir.
Tədbirdə Prezidentin nitqindən videogörüntülər iştirakçılara nümayiş etdirildi.
Tədbirdə məktəbin müəllimləri və tələbələr çıxış edərək öz fikirlərini bildirdilər. Qeyd olundu ki, cənab Prezidentin bəyan etdiyi kimi “heç bir ölkə öz maraqlarını qoyub Azərbaycanın maraqlarına xidmət etməyəcək. Ona görə də, təbiidir ki, bizim problemlərimizə bizdən başqa heç kim canıyanalıqla yanaşmayacaq”.
Bu, Azərbaycan Prezidentinin cəmiyyətə verdiyi mesajdır.
Tədbirdə qonşu peşə təhsili müəssisələrinin – İsmayıllı Peşə Tədris Mərkəzindən və Oğuz Peşə məktəbindən dəvət olunmuş müəllim və tələbələr də iştirak edirdilər.