31 yanvar 2020-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə dualabənzər PTT-nin təşkili və həyata keçirilməsi məqsədilə yaradılmış Koordinasiya Şurasının birinci iclası keçirildi. Tədbirdə Koordinasiya Şurasının işçi qrupunun üzvləri iştirak edirdilər.

Gündəlikdə duran aşağıdakı məsələlər müzakirə edildi:
1. Dual peşə təhsilini və təliminin təşkili və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması və baxılması;
2. Dual peşə təhsili və təlimi üzrə şirkətdaxili təlimçilərin hazırlanması üzrə təklifləri;
3. Peşə təhsilli tələbələrinin işəgötürən müəssisələrin iş yerlərində maraqlarının təmin edilməsi;
4. İşəgötürən müəssisələrdən mütəxəssislərin təhsil mərkəzinə dəvət olunması və onların müəllimlərlə birgə tədris prosesində iştirak etməsi;
5. Peşə məktəbi və işəgötürən müəssisələr arasında razılaşma və müqavilələrin hazırlanması və imzalanmasına köməklik göstərilməsi;
6. Şirkətlərin məktəbdə guşələrinin yaradılması məsələsi.

Müzakirələrdən sonra bir sıra vəzifələr müəyyən edildi və müvafiq qərarlar qəbul edildi.
• Dualabənzər PTT-yə qoşulacaq müəssisə və şirkətlərin sayının artırılması;
• 1 Tələbə 1 fermer layihəsinə qoşulmaq üçün işəgötürənlərin cəlb edilməsi;
• Ümumtəhsil məktəblərində peşəyönümü işlərinin aparılmasına işəgötürənlərin mütəxəssislərinin və fəal tələbələrin cəlb edilməsi;
• Dual sistemin tezliklə adaptasiyası üçün işəgötürən-məktəb-tələbə danışıqların aparılması;
• Məktəb kuratorlarının və müəllimlərinin stajkeçmələrinin səmərəli təşkil edilməsi üçün şəraitin yaradılması;
• Şirkətdaxili təlimçilərin məktəbə cəlb olunması.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.