05 fevral 2020-ci il tarixdə Qəbələ Uşaq və Ailələrə dəstək Mərkəzinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Erkən nikah” haqqında tədbir keçirilmişdir. Tədbirdə UADM-in, Qəbələ rayon Polis şöbəsinin əməkdaşları, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və tələbələri iştirak etmişdir.
Tədbirin keçirilməsində məqsəd dövrün acınacaqlı problemi olan “Erkən nikah və onun fəsadları haqqında tələbələri maarifləndirmək olmuşdur. Erkən nikahların baş verməsinin səbəbləri nədir?, Erkən nikahların baş verməsində məsuliyyət kimin üzərinə düşür? kimi suallar və tələbələrin sualları cavablandırılmışdır.
Tədbirin sonunda şagirdlərə tövsiyələr verilmiş və bukletlər paylanılmışdır