Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Heydər Əliyevi fərəh və qürur hissi ilə anırıq” adlı onlayn tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Qalib Nəbiyev Ulu Öndərin tarixi və əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd etdi və iştirakçıların diqqətinə çatdırdı ki, Ümummilli Liderin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın tarixi keçmişi ilə ayrılmaz vəhdəd təşkil edir. Tədbirdə çıxış edənlər Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşaması, hər zaman milli ideallara bağlı olması, hakimiyətə gəldiyi ilk gündən respubilkanın hərtərəfli inkişafının təməlini qoyduğunu qeyd etmişlər. Həmçinin çıxışlarda ulu öndərin müstəqil Azərbaycana rəhbərliyə gəlməsi ilə ölkəmizin iqtisadi tənəzzüldən, parçalanmaq, məhv olmaq təhlükəsindən xilas olması, eləcə də təhsilə, xüsusilə də peşə təhsilinə göstərdiyi böyük diqqət və qayğıdan danışılmışdır. Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video çarx izlənilmişdir.
- Post category:Uncategorized / Xəbərlər
- Post comments:0 Comments