30 may 2019-cu il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) dəstəyi ilə “Açıq qapı” günü keçirilmişdir. Tədbirdə rayonumuzun Vəndam, Bum, Zarağan, Mirzəbəyli kimi kənd tam orta məktəblərinin müəllim və buraxılış siniflərinin şagirdləri iştirak edirdilər.
Tədbiri Təhsil Mərkəzinin direktoru A.Məmmədov təhsil müəssisəsi haqqında ümumi məlumat verdi. Daha sonra isə Tİİ üzrə direktor müavini C. Rəsulov təqdimat edərək, tələbə qəbulu qaydaları, ilk peşə ixtisaslarının təsnifatı, peşə təhsilinin bir səviyyəsindən digərinə keçid və tələbə qəbulu qaydaları haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Həmçinin bildirildi ki, saytımıza daxil olaraq mərkəzə virtual səyahət edə və digər lazımlı məlumatları əldə edə bilərsiniz.
GIZ-in nümayəndələri dual peşə təhsili ilə bağlı qonaqları məlumatlandırdılar və dualabənzər peşə təhsilinə və təliminə aid qısa videoçarx nümayiş etdirildi. Tədbir qarşılıqlı məlumatlandırma və diskussiya şəraitində keçirildi.
Tədbirin sonunda isə mərkəzin istehsalat təlim ustaları T. Çələbizadə, Ş. Abbasbəyli, A. Abdulxalıqov tədris etdikləri peşələrin profilləri ilə bağlı qonaqları ətraflı məlumatlandırdılar.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru E. Kazımov turizm sahəsində kadr hazırlığı barədə tədbir iştirakçılarını məlumatlandırdı.
Rəsmi tədbirdən sonra ümumtəhsil məktəblərinin müəllim və şagirdləri Təhsil Mərkəzinin maddi – texniki bazsı ilə tanış oldular və xatirə şəkilləri çəkdirdilər.