2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun I mərhələsi başa çatıb. İxtisas seçimində müvəffəqiyyət qazanan şəxslər avqustun 23-dən 27-dək (şənbə və bazar günləri daxil olmaqla) təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3×4 santimetr ölçüsündə dörd ədəd fotoşəkli, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təqdim etməlidirlər.
“Asan peşə” layihəsi üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi isə avqustun 28-dən sentyabrın 7-dək aparılacaqdır.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həm dövlət büdcəsi hesabına, həm də ödənişli əsaslarla sənədlərin qəbulu aparılır.