Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.
04 may 2018-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin psixoloqu Z. Hüseynova açmışdır. Çıxışlara başlamazdan öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.