Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmiş tədbir

25 dekabr 2017-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məşhur filosof-şair və dramaturq, Azərbaycan romantizminin banisi Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmiş tədbir keçirildi.

Continue ReadingHüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmiş tədbir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində modul tipli təhsil proqramları ilə təhsil alan şagirdlərin istehsalat təcrübəsi başlandı

2016-2017-ci tədris ilindən başlayaraq məktəbimizdə tətbiq edilən modul tipli təhsil proqramları üzrə tədrisi aparılan “Aqroservis mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi” və “Heyvandarlıq mütəxəssisi” ixtisas qruplarında nəzəri və istehsalat təlimi başa çatmış modullar üzrə istehsalat təcrübəsi başlanmışdır.

Continue ReadingQəbələ Dövlət Peşə Təhsil Mərkəzində modul tipli təhsil proqramları ilə təhsil alan şagirdlərin istehsalat təcrübəsi başlandı

Peşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığına dair konfrans

Dekabrın 6-da Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinin işəgötürənlərlə birgə əməkdaşlığa dair konfrans keçirilib.

Continue ReadingPeşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığına dair konfrans

Yeni Təhsil Mərkəzi – yeni ünvan

01 noyabr 2017-ci il tarixdə Qəbələ Peşə məktəbi öz ünvanını müasir standartlara cavab verən yeni Təhsil Mərkəzinə dəyişdi. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ərazisi 2,85 ha-dır. Burada 600 dən artıq meyvə və bəzək ağacları əkilmiş, 1,1 ha yaşıllıq salınmışdır. Təhsil Mərkəzində kənd təsərrüfatı profilli və iqtisadiyyatın digər sahələrinə uyğun mütəxəssislər hazırlanır. Təhsil Mərkəzinə yeni 10 adda müxtəlif kənd təsərrüfatı texnikası verilmişdir.

Continue ReadingYeni Təhsil Mərkəzi – yeni ünvan

Valideynlərlə görüş keçirilmişdir.

29 noyabr 2017-ci il tarixdə məktəbimizdə təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirilmişdir. Əvvəlcə qonaqlar Təhsil Mərkəzinin tədris otaqları, laboratoriyalar, emlatxanalar, idman zalı, simulyator kabineti və maşın-traktor qarajı ilə tanış oldular.

Continue ReadingValideynlərlə görüş keçirilmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları alman mütəxəssislərinin təşkil etdiyi “Təlimçilərin təlimi”ndə iştirak ediblər.

Təlim Təhsil Nazirliyi yanında Peşə Təhsil üzrə Dövlət Agentliyinin Almaniyanın kənd təsərrüfatı texnikası istehsalçısı olan “CLAAS” şirkəti ilə “Kənd təsərrüfatı Texnologiyası və İdarəetmə Təşəbbüsü - Azərbaycan” layihəsi çərçivəsində əldə etdiyi razılaşmaya əsasən keçirilib.

Continue ReadingQəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları alman mütəxəssislərinin təşkil etdiyi “Təlimçilərin təlimi”ndə iştirak ediblər.

" İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası və Aİ-nin Azərbaycanda Təhsilə Dəstək Proqramı çərçivəsində peşə təhsili və təlimi müəssisələrinin müasirləşdirilməsi üzrə Fəaliyyət Qrantları" mövzusunda seminar

Seminar Avropa İttifaqı (Aİ), Avropa Təlim Fondu və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Seminarın davamı Qəbələdə keçirilmişdir.

Continue Reading" İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası və Aİ-nin Azərbaycanda Təhsilə Dəstək Proqramı çərçivəsində peşə təhsili və təlimi müəssisələrinin müasirləşdirilməsi üzrə Fəaliyyət Qrantları" mövzusunda seminar

"ASANpeşə" layihəsi üzrə qəbul olunanların qeydiyyatı başlandı

2017-2018-ci tədris ili üzrə "ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun I mərhələsi başa çatıb. İxtisas seçimində müvəffəqiyyət qazanan şəxslər avqustun 23-dən 27-dək (şənbə və bazar günləri daxil olmaqla) təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 santimetr ölçüsündə dörd ədəd fotoşəkli, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təqdim etməlidirlər.

Continue Reading"ASANpeşə" layihəsi üzrə qəbul olunanların qeydiyyatı başlandı