Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Təhsil alan Gənc Kulinarların IV Ümumrespublika Çempionatı”nda Zəfər bayramı Naminasiyası üzrə I yeri əldə edib
Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən 24 dekabr 2021-ci il tarixində Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyinə həsr edilmiş konfrans və “Təhsil alan Gənc Kulinarların IV Ümumrespublika Çempionatı” keçirilib. Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyinə həsr edilmiş konfransda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tİ üzrə direktor müavini Reyhan Məmmədova və Baş usta Səlim Mehdiyev də iştirak ediblər.