Səbətiniz Boşdur!
Author: Əhməd Əhmədli
-
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov qısamüddətli təlimləri başa vuran məcburi köçkünlərin iş şəraiti ilə tanış olub
İndiyədək Qəbələ, Gəncə və Mingəçevirdə ümumilikdə 114 nəfər məcburi köçkün sözügedən təlim proqramlarına cəlb edilib. Proqramı bitirən məcburi köçkünlərdən Qəbələ rayonu üzrə 45%-i, Gəncə şəhəri üzrə 26%-i, Mingəçevir şəhəri üzrə 29%-i işlə təmin olunub. Ətraflı: https://shorturl.at/IVDHa
-
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində imtahan prosesini izləyib
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsili proqramı üzrə turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisası üzrə təhsil alan tələbələrin dövlət buraxılış-ixtisas imtahanında iştirak edib. İmtahan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”na əsasən aparılıb. Tam orta…
-
İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçiriləcək. Tədbirdə Qəbələ rayonu üzrə 7 müəssisə tərəfindən 100-ə yaxın vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir
Tədbir Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Çıxış edən tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbi olmasından bəhs ediblər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik…
-
Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının iyirminci il dönümü ərəfəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup tələbələri Heydər Əliyev Mərkəzinə ziyarət ediblər
Ziyarət zamanı kollektiv Heydər Əliyev Mərkəzinin Muzeyi ilə tanış olub. İştirakçılara Ulu Öndərin zəngin həyat yolu və siyasi fəaliyyəti haqqında tarixi məlumatlar verilib. Daha sonra dahi şəxsiyyətin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlarla tanış olublar. Həmçinin tələbələrimiz Gənclərin İnkişaf və Karyera Mərkəzi Dağlıq Şirvan…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təsdiq edilmiş tədris planına əsasən açıq dərslərin keçirilməsi davam etdirilir
“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə “Azərbaycan Respublikasının Hərbi atributları” mövzusunda təşkil edilmiş açıq dərsin məqsədi tələbələrə döyüş bayraqlarını, Silahlı Qüvvələrin emblemini, geyim formalarını, hərbi rütbələri tanıtmaq və tələbələrdə hərbi vətənpərvərlik ruhu yaratmaq idi. Dərsin başlanğıcında tələbələr bir cərgə düzülüşü etmiş və taqım komandirinin məruzəsi dinlənilmişdir. Tələbələr Azərbaycan Respublikasının Hərbi atributlarının əhəmiyyətinin araşdırılması üçün “Xankəndi”, “Şuşa”…