Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Əhməd Əhmədli – Səhifə 2 – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Author: Əhməd Əhmədli

  • Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı-Qan Yaddaşımız” adlı tədbir keçirilib.

    ℹ️Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev Xocalı soyqırımının bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 30 il işğal altında qalan torpaqlarımızı Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad etməklə bərabər, Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı.

    Çıxış edənlər 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə azğınlaşmış erməni millətçilərinin törətdikləri misli görünməmiş vəhşiliklər, cinayətlər, terror aktı barədə geniş məlumat veriblər. Qeyd edilib ki, həmin müdhiş gecədə yüzlərlə dinc əhali qətlə yetirildi, körpə uşaqlara, qocalara aman vermədilər, dinc mülki əhalini ucdantutma qırdılar və bəşər tarixində növbəti cinayət aksiyasını – Xocalı soyqırımını həyata keçirdilər. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı aksiya olmaqla, həm də etnik təmizləmə siyasətinin nəticəsi və cinayət idi. Xalqımız hər ilin bu gününü dərin hüznlə qeyd edir, günahsız şəhidlərimizin ruhu böyük ehtiramla yad edilir.

    Tədbir boyu tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib, şəhidlərimizə, Vətənə həsr edilmiş şeirlər səslənib. Xocalı soyqırımını əks etdirən sərgi nümayiş olunub.

    https://www.facebook.com/share/p/18QPNPE1cj/

  • Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim-tərbiyə prosesini inkişaf etdirmək və “Mərkəz-müəllim-valideyn” münasibətlərini möhkəmləndirmək məqsədilə valideyn iclasları keçirilib.

    ℹ️Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təlim-tərbiyə prosesini inkişaf etdirmək və “Mərkəz-müəllim-valideyn” münasibətlərini möhkəmləndirmək məqsədilə 2 illik və 3 illik texniki peşə təhsili qruplarında valideyn iclası keçirilib.

    İclasın keçirilməsində məqsəd valideynləri Təhsil Mərkəzinin həyatında fəal iştiraka təşviq etmək, habelə Mərkəz-valideyn əlaqələrini gücləndirməkdən ibarətdir.

    İclasda tələbələrin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizam qaydaları, təlim-tərbiyə prosesinin vəziyyəti, onun inkişaf etdirilməsi yolları, bundan əlavə tələbələrin uğurları və ya nöqsanları müzakirə olunub, təhlil edilib.

    Qeyd olunub ki, tələbələrin nizam-intizamına, təhsillərinə və sair kimi xüsusiyyətlərinə müəllim və valideynin birgə nəzarəti mütləqdir.

    Həmçinin iclas zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb.

    https://www.facebook.com/share/p/1B8LPYYCBe/

  • Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Qəbələ Konserv Zavodunun yeni məhsulu olan təbii meyvə şirələrinin dadım və qiymətləndirmə prosesində iştirak ediblər.

    ℹ️Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Qəbələ Konserv Zavodu ilə əməkdaşlığı çərçivəsində zavodun yeni məhsulu olan təbii meyvə şirələrinin dadım və qiymətləndirmə prosesində iştirak ediblər.

    Zavodun əməkdaşları tərəfindən müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verilərək, istehsal olunan məhsullar təqdim olunub və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm və qida sahəsi üzrə təhsil alan tələbələri qiymətləndirmə prosesində iştirak ediblər.

    Mərkəzin tələbələri Qəbələ Konserv Zavodunun yeni meyvə şirələrini tərtib olunmuş meyarlara uyğun rəngi, iyi və dadı haqqında öz rəylərini 10 ballıq sistemlə qiymətləndiriblər.

    https://www.facebook.com/share/p/19wEszXsb5/
  • Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə Tələbə Gənclər Təşkilatına sədr seçilib.

    ℹ️Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən elan edilən Tələbə Gənclər Təşkilatına sədr seçkilərində Mərkəzin tələbələri arasında aparılan səsvermə nəticəsində Əhməd Abdullayev səs çoxluğu ilə sədr seçilib.

    Tələbə Gənclər Təşkilatının məqsədi tələbələrin maraqlarını təmsil və müdafiə etmək, Respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

    Əhməd Abdullayevi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

    https://www.facebook.com/share/p/15tpdrA8YB/
  • Rəhbər pedaqoq, yoxsa inzibatçı olmalıdır?

    Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyevin fikirləri haqqında “Azərbaycan müəllimi” yazır.

    muallim.edu.az/news/67ab2b7b828736e30e70c8c8

  • Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri könüllü fəaliyyətləri ilə fərqlənir və regional tədbirlərdə fəal iştirak edirlər.

    ℹ️Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin könüllüləri 4-7 fevral tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində gənclər düşərgəsində, 07 fevral tarixində isə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Gənclər həftəsi” çərçivəsində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Suverenlik və İnkişaf” mövzusunda Şəki-Zaqatala regionuna daxil olan rayon gənclərinin iştirakı ilə Regional Forumda iştirak ediblər.

    Könüllülərimiz düşərgə zamanı komanda quruculuğu, liderlik, fərdi inkişaf təlimləri, intellektual yarışlar, hüquqi maarifləndirmə sessiyaları, musiqili gecələr və peşəkarlarla görüşlər həyata keçiriblər.

    Regional Forumda Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərindən, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs olunub. Tədbirdə Azərbaycan Gənclər siyasəti və Azərbaycanın suverenliyi mövzularını özündə əks etdirən videoçarx nümayiş olunub. Daha sonra il ərzində gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən gənclər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilmiş Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.

    https://www.facebook.com/share/p/1YLNA3NS7r/
  • Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Təhsilalanlarla iş şöbəsi tərəfindən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Konstitusiya–Dövlətin ali qanunudur” mövzusunda tədbir keçirilib.

    Tədbirdə Təhsilalanlarla iş şöbəsinin əməkdaşı Gültəkin Eyvazlı təqdimatla çıxış edərək, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıb. Qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.

    Sonda konstitusiyamıza aid maarifləndirici video-çarx nümayiş etdirilib.

    https://www.facebook.com/share/p/12C9J2kBMdz/
  • Azərbaycan Diplomatik Akademiyasının əməkdaşları tərəfindən peşə təhsili müəssisələrində tədqiqatlar aparılır.

    Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Diplomatik Akademiyasının əməkdaşları tərəfindən peşə təhsili müəssisələrində qeydiyyatdan keçmiş oğlan və qızlar üçün qeydiyyat nisbəti, məcburi köçkün tələbələr arasında kişi-qadın nisbəti, məcburi köçkün gənclər arasında təhsilini başa vurma, tərk etmə və təkrarlanma nisbəti və s. məsələlər əsasında tədqiqat görüşləri keçirilmişdir.

    Görüşlərdə qeyd olunan istiqamətlər üzrə müsahibələr aparılıb, peşə təhsilində gender bərabərliyinə doğru irəliləyişin daha yaxşı müəyyən edilməsi və ölçülməsi üçün hansı strategiyaların mövcud olması, orta təhsili bitirdikdən sonra peşə təhsilinə keçmək və ya peşə təhsilini bitirdikdən sonra universitetə daxil olmaqla bağlı müxtəlif təhsil imkanları haqqında, peşə təhsili proqramlarını bitirən kişi/qadın məzunların məşğulluq nisbətlərinə dair, ictimai yataqxana haqqında və s. mövzular ətrafında geniş məlumat verilib.

    Eyni zamanda qonaqlar Mərkəz ərazisinə infotur edərək, Mərkəzin infrastrukturu, maddi-texniki bazası ilə tanış olublar.

    https://www.facebook.com/share/p/18Sj2begon/

    https://www.instagram.com/p/DFH5bRkMlrM/?utm_source=ig_web_copy_link&igsh=MzRlODBiNWFlZA==

  • Əziz tələbələr,

    Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Tələbə Gənclər Təşkilatı sədr seçkilərinə start verilir. Əgər siz də öz namizədliyinizi irəli sürmək istəyirsənizsə, müraciət edin!

    TGT sədrliyinə namizədlər üçün tələblər:

    🔸Təhsilinin sonuncu ilində olmamalıdır;

    🔸 Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır.

    TGT-yə sədrliyə namizədlik üçün lazım olan sənədlərin siyahısı:

    🔹Namizədin platforması (sosial mediada paylaşılacaqdır);

    🔹Namizədin CV-si;

    🔹Tərcümeyi-hal;

    🔹Motivasiya məktubu;

    🔹Namizədliyini irəli sürən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti.

    🔗Qeydiyyat linki: https://forms.gle/evJ67SKPMY9hvQki9

    📌Son müraciət tarixi: 19.01.2025

    https://www.facebook.com/share/p/15ZBY8yqNV/


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471