Videonun hazırlanmasında məqsəd insanları Yer kürəsində get-gedə azalmaqda olan “Yaşıl rəng”in qorunmasına çağırış etməkdir.
Author: Əhməd Əhmədli
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə daxiliyanma mühərriklərinə texniki qulluq işlərinin aparılması, klapanlar arasındakı ara boşluğunun nizamlanması işlərinin yerinə yetirilməsi qaydalarını öyrənirlər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz” ixtisası üzrə təhsil alan tələbələrə “Synergia Academy” tərəfindən “World of hospitality” mövzusunda təlim keçirilmişdir. Chenot Palace hotelində keçirilmiş təlimdə qonaqpərvərlik sahəsi üzrə yeniliklər öyrədilmiş və təlimi uğurla başa vuran tələbələr sertifikatlarla təltif edilmişdir.
https://www.facebook.com/share/p/15XhqwDzYE/
https://www.instagram.com/p/DDrMykfsEQc/?img_index=1
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə üzüm bitkisinə aqrotexniki qulluq qaydalarını öyrənirlər. Hal-hazırda Mərkəzin təcrübə üzüm sahəsində “İtaliya”, “Regina” və “Pino-nuar” üzüm sortlarında quru budama və forma vermə işləri aparılır.
Təlim dərsindən qeydə alınmış video-çarxı təqdim edirik.
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə sanitariya və gigiyena qaydalarına riayət edərək, dünya və Azərbaycan mətbəxindən təamlar hazırlayıblar.
Təlimin təşkil olunması tələbələrin kollektivlə işləmək bacarıqlarını artırır, yeni növ kulinariya məhsullarının hazırlanması təcrübəsi qazandırır.
Təlim dərsindən qeydə alınmış video-çarxı təqdim edirik.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və “Azerbaijan 1C Distribution” MMC-nin direktoru Nərmin Aşirovanın iştirakı ilə əməkdaşlıq memorandumu imzalayıb.
Memorandum çərçivəsində “Azerbaijan 1C Distribution” MMC tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Mühasibat uçotu” ixtisasında tədrisin təşkilinə dəstək məqsədilə
1C proqram təminatlarının tədris prosesində istifadə edilməsi məqsədilə, ianə olaraq təmin edilməsi,
tələbələrin güzəştli proqramla sertifikatlaşdırılmasının təmin edilməsi,
1C üzərindən diplom işi yazmaq istəyənlərə təmənnasız texniki ve konsultativ dəstək,
tərəfdaş şirkətin mütəxəssisləri tərəfindən hər tədris ilində seminar, master klassların keçirilməsi razılaşdırılmışdır.
Tədbirdə Mərkəz rəhbərliyi ilə yanaşı, İqtisadiyyat və Maliyyə şöbəsinin əməkdaşları, müəllimlər və “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Müəllim və tələbə heyəti 1C Proqram təminatının rəsmi təlim mərkəzinin fəaliyyəti ilə tanış olub, 1C proqramının tədris prosesində istifadəsi və günümüzdə aktual olan uçot alətləri, proqram və sertifikatlaşdırma kimi mövzuları əhatə edən seminar keçirilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günü” Tədbirlər Planı çərçivəsində Heydər Əliyevin Anım Gününə həsr edilən anım tədbiri və xüsusi dərslər keçirilib. Mərkəzin mühəndis-pedoqoji heyəti Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildiriblər.
Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Tədbirdə tələbələrə Heydər Əliyev siyasətindən və onun dövlət quruculuğundan məlumatlar verilib. Ulu öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışılıb. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuza artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Bildirilib ki, 12 dekabr tarixində müasir Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin vəfatından 21 il ötür. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Təkcə onu deyə bilərik ki, 44 günlük Haqq savaşımızda cənab Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakıyla 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Azərbaycanı daima müstəqil, torpaqlarımızı bütöv şəkildə görmək Ulu Öndərin ən böyük arzularından biri olub. Şuşa şəhərinin işğaldan azad olunduğu gün Cənab Prezident İlham Əliyev vurğulamışdır: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Məhz Cənab Prezidentimizin güclü siyasəti, müzəffər Azərbaycan ordusu, vətənpərvər gənclərimiz sayəsində bu gün Azərbaycan Qalib xalq kimi tanınır.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup heyəti və tələbələri Technest Təqaüd Proqramı üzrə Beynəlxalq Sertifikatlı təlimlərini uğurla başa vurublar.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Start İT Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə “Technest” təqaüd proqramı üzrə 3 ay davam edən təlimlərdə iştirak edən tələbələr “Help Desk” sahəsində təməl bacarıqlara yiyələniblər və sertifikatlar əldə ediblər.
Görüş çərçivəsində, Cisco Şəbəkə Akademiyasının proqramının bir hissəsi olan İT Əsasları kursunu müvəffəqiyyətlə bitirən əməkdaşlarımız və tələbələrimiz laboratoriya yönümlü praktiki kursda texnologiya sənayesində maraqlı karyera imkanları əldə ediblər.
Tədbirin yekununda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər heyəti peşəkar əməkdaşlıq üçün təşəkkürnamə ilə təltif ediliblər.
Qeyd edirik ki, 2023-cü ildən başlanılan əməkdaşlıq çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Start İT Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə “Technest” təqaüd proqramı çərçivəsində keçirilən ikinci təlim proqramına yekun vurulmuşdur.
Yarmarkaya işəgötürənlər tərəfindən 80-dən çox vakansiya təqdim edilib.
İşəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib.
Yarmarkada Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 200-dən artıq sonuncu kurs tələbələri iştirak edərək, uyğun vakansiyalara müraciət etmişlər.
İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada eyni zamanda, iştirakçılara uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması da təmin edilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm Agenti” ixtisasının məzunu Damirçari Yaşa hal-hazırda “Basqal Resort&Spa”da “Menecer” vəzifəsində çalışır.
Məzunumuzu təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq!