Səbətiniz Boşdur!
Author: Əhməd Əhmədli
- 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Göyçay rayonunda keçirilən “KOB Fest” sərgi-satış yarmarkasında iştirak edib.
Yarmarkada qonaqlara Mərkəzimizdə turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Qeyd edək ki, Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənclər Narkotikə yox deyir şüarı altında regional konfranslar” layihəsi çərçivəsində konfrans keçirilmişdir
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Gənclər Narkotikə yox deyir şuarı altında regional konfranslar” layihəsinin icrasına start verildi. İlk konfrans Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirildi. Konfransda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “TABİA Group” MMC arasında əməkdaşlıq genişləndirilir.
“TABİA Group” MMC Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər, mühəndis pedaqoji heyət və tələbələri ilə görüş keçirmişdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “TABİA Group” MMC arasında əməkdaşlığın növbəti addımı olaraq Mərkəzin müəllim və tələbələri ilə görüş keçirmiş, turizm və xidmət istiqamətləri üzrə ixtisaslı kadrların hazırlanması üzrə fəaliyyət istiqamətləri müzakirə edilmişdir. Turizm və hotelçilik sahəsində…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya ədəbiyyatımızda” mövzusunda Xüsusi dərs keçirilib.
Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Tağıyeva Fatimə tərəfindən təşkil olunmuş Xüsusi dərsdə Azərbaycan ədəbiyyatında təbiət və onun mühafizəsi,yaşıl aləm mövzusu necə əks olunması məsələsi barədə geniş məlumat verilmiş, tələbələrin təqdimatında mövzu ilə bağlı şeir və məlumatlar dinlənilmişdir. Sonda tələbələr tərəfindən “Yaşıl dünya naminə həmrəy olaq ” başlığı altında hazırlanmış sosial əhəmiyyətli video-çarx nümayiş olunmuşdur.…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında xidmət alan tələbələrin asudə vaxtlarının səmərəli təşkili daima diqqətdə saxlanılır
Tələbələrimiz dərsdən sonra Mərkəzin idman zalında məşqlər edir, meydançada müxtəlif oyunlar oynayır, kitabxanadan istifadə edir, tədrisdən kənar boş vaxtlarında öz hobbiləri ilə məşqul olurlar. Bütün bunlar yataqxana sakinlərinin bir ailə kimi inteqrasiyasına, asudə vaxtlarını mənalı keçirmələrinə, pis vərdişlərdən uzaq olmalarına, təlim və tədrisdə yüksək nailiyyətlər əldə etmələrinə imkan yaradır. Tələbələrimizə uğurlar arzulayırıq
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində şəhid Vasif Süleymanova həsr edilmiş “Vasifsiz keçən günlər” adlı kitabın təqdimatı keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müəllifləri Emin Baratoğlu və Eldar Quliyevin olduğu şəhid Vasif Süleymanova həsr edilmiş “Vasifsiz keçən günlər” adlı kitabın təqdimatı keçirilib. Mərkəzin direktor müavini Reyhan Məmmədova tədbiri giriş sözü ilə açaraq, şəhidimiz Vasif Süleymanova həsr edilmiş kitabın ictimai, mədəni və maarifləndirici mahiyyətini izah edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərin…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən müəssisələrlə birgə uğurla davam edir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Rabitə avadanlıqlarının quraşdırıcısı”, “Avtomobillərin təmiri çilingəri”, “Arıçı” və “Mehmanxana inzibatçısı” qrupunun İstehsalat təlimləri davam edir. İstehsalat təlimi müəssisənin daxili iş planı üzrə həyata keçirilir. Tələbələr müəssisə tərəfindən cəlb olunan mentorlar tərəfindən təhlükəsizlik qaydaları ilə təlimatlandırılır, iş rejimi ilə tanış olurlar.…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində “İnsan hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib
Tədbirdə çıxış edənlər Ombudsman tərəfindən hər il olduğu kimi bu ildə Konvensiyanın qəbul olunmasının ildönümü ərəfəsində 20 oktyabr- 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin məqsədinin uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarət olduğunu iştirakçıların diqqətinə çatdırıblar. Uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yaşıl dünya naminə həmrəylik ili ilə əlaqədar olaraq “Qlobal su problemləri” mövzusunda Açıq dərs keçirilib
Mərkəzin İstehsalat təlim ustası Nigar Məmmədova tərəfindən keçirilən Açıq dərsdə Azərbaycanın, dünyanın bir sıra qabaqcıl dövlətlərinin qlobal su problemləri ilə üzləşdiyi qeyd edilib. Mövcud su ehtiyatlarından səmərəli istifadənin, suyun bərabər bölgüsünün, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsinin ciddi əhəmiyyət kəsb etdiyi bildirilib. Tələbələrlə su böhranının səbəbləri, çirklənmiş su təchizatı, içməli su ehtiyatları və gələcək üçün həlli…