Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək texniki peşə təhsili alan tələbələrin semestr imtahanları davam edir

Sessiya müddətində imtahanlar Təhsil Nazirliyinin Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 N-li qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyası” qaydalarına və “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” Təhsil Nazirliyinin 11.09.2008-ci il 1060 N-li əmri ilə təsdiq edilmiş Əsasnaməyə uyğun həyata keçirilir.
İlk dəfə olaraq “Veb dizayn və proqram təminatı” ixtisası üzrə I kursda “Komputer əməliyyat sistemi” modulu üzrə imtahan elektron qaydada keçirildi. İmtahanın keçirilməsi üçün əvvəlcədən bir sıra hazırlıq işləri aparılmış, platforma müəyyən olunmuş, imtahan materialları yerləşdirilmiş, Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən test edilmişdir. 02.02.2022-ci il tarixdə imtahan təşkil edildi və imtahana buraxılmış 17 nəfər tələbə iştirak etmişdir. İmtahan üçün 90 dəqiq vaxt verilmiş və elektron imtahanın sonunda tələbələr topladığı balları öz ekranlarında izləyə bilmişlər və hətta buraxdıqları səhvləri yenidən gözdən keçirmək imkanları olmuşdur. Növbəti ixtisas imtahanlarının da elektron keçirilməsi nəzərdə tutulmuşdur.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün "Özünüməşğulluğumuz üçün ömür boyu öyrənək" layihəsi çərçivəsində təlimlər keçirilib

Təlimlər təcrübəli təlimçilər tərəfindən interaktiv qaydada keçirilib və təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təlimdə şəxsi səriştələrin artırılması, peşəyönümü, peşə hazırlığı, ömürboyu təhsil, özünüməşğulluq proqramı və müraciət prosedurları, eləcədə gənclərin məşğulluğunun təmin olunması ilə peşə mərkəzləri tərəfindən yaradılan imkanlar haqqında ətraflı məlumat verilib. Həmçinin karyera planlanması və işə qəbul qaydaları haqqında gənclərlə fikir mübadiləsi aparılıb.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Qəbələ Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Ceyhun Qurbanov, narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Ramil Həsənli, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Rəşid Süleymanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verdilər. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən danışan natiqlər,ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd etdilər.

Categories
Uncategorized Xəbərlər

Tələbələrimiz üçün “Restoran biznesində satışın yüksəldilməsi” mövzusunda təlim keçirilib

“Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisasının tələbələri üçün Mərkəzin istehsalat təlim ustası Aynurə Tahirli tərəfindən “Restoran biznesində satışın yüksəldilməsi” mövzusunda təlim keçirilmişdir.
Təlim zamanı tələbələrə restoranlarda satışın yüksəldilməsi üçün bir sıra marketing strategiyaları, restoran biznesində onlayn və oflayn marketing haqqında geniş məlumatlar verilmiş, sonra tələbələrin sualları cavablandırılmışdır.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənc sahibkarlara dəstək və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı” gənclər və sahibkarlıq subyektləri ilə sahəvi görüş keçirilmişdir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB Azərbaycan / SMB Azerbaijan) KOB Dostu departamentinin Şəki-Zaqatala regional kordinatorluğunun Oğuz – Qəbələ KOB dostu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə təşkil olunmuş Qəbələ – Oğuz rayonlarından olan müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim-tələbə heyəti ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində görüş keçirilmişdir.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru tərəfindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” layihəsi haqqında təqdimat keçirilmişdir. Təqdimatda, layihənin məqsədi, tərəfdaşları, mərhələləri, nəticə və davamlılıq haqqında geniş məlumat verilmişdir.
Oğuz – Qəbələ KOB dostu tərəfindən biznes bacarıqlarının inkişaf etdirilməsi və gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, rayon və kənd yerlərindəki gənclərə, startapçılara KOBİA tərəfindən göstərilən xidmətlər, KOB dostunun fəaliyyət istiqamətlərinə dair tədbir iştirakçılarına məlumat verilmişdir.
Eyni zamanda tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəsi, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Kredit və İnkişafı Agentliyinin, Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak etmişdir. Mövzu ilə bağlı sahibkarları maraqlandıran suallar aidiyyatı qrumlar tərəfindən cavablandırılıb. Gənclərə və sahibkarlara göstərilən dövlət dəstək mexanizmləri, Özünüməşğulluq proqramından yararlanmaq qaydalarına dair məlumat verilib, güzəştli kreditlərin verilməsi və.s barədə müzakirələr aparılıb, gənclərin və sahibkarların təklifləri dinlənilib.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək peşə təhsili səviyyəsi üzrə semestr imtahanları başlanıldı

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək peşə təhsili üzrə tədris planlarına və Təhsil Nazirliyi Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 №-li təsdiq edilmiş dəyişikliklərlə “Peşə təhsili pilləsində təhsilalanların attestasiyası” qaydaları əldə rəhbər tutularaq, yüksək peşə təhsili üzrə qeyd olunan ixtisaslar (“mühasibat uçotu”, “mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” və “veb dizayn və proqram təminatı”) üzrə 2021-2022-ci tədris ilində payız semestr imtahanları başlanıldı.
21 yanvar 2022-ci il tarixində “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan tələbələrin Azərbaycan Tarixindən imtahanı keçirildi.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedaqoji heyətin növbəti “Pedaqoji Şura İclası” keçirilmişdir

İclasda Mərkəzin direktoru Qalib Nəbiyev 2021-2022 – ci tədris ilinin l yarısının yekunları və ll yarımildə qarşıda duran məsələlər, yeni dərs ilində mərkəzə tələbə qəbulu aparılması üçün əmək bazarının öyrənilməsi vəziyyəti və mərkəzə tələbə qəbulu üçün ixtisasların seçilməsi və təsdiqi barədə məlumatlar vermişdir.
Tədris istehsalat işləri üzrə direktor müavini Camal Rəsulov istehsalat təlimindən TNQ-nin qiymətləndirilməsinin aparılması vəziyyəti, modullar üzrə TNQ-nin aparılması vəziyyəti haqqında danışmışdır.
Daha sonra metodiki komissiya sədrlərinin l yarımildə gördükləri işlərə dair hesabatları, Mərkəzdə müasir təlim metodlarının və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və ondan təlim-tərbiyə prossesində istifadə edilməsi, bir illik qruplarda modulların qiymətləndirilməsi üzrə tapşırıqların hazırlanması barədə hesabatlar dinlənilmiş, tapşırıq və tövsiyyələr verilmişdir.
İclasın sonunda bir qrup müəllim rəhbərlik tərəfindən Mərkəzin ictimai həyatında fəal iştiraklarına və gənc nəslin təlim-tərbiyəsində yüksək əməklərinə görə “Fəxri Fərman”la təltif olunmuşlar.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq, silsilə tədbirlər keçirilmiş, Şəhidlər Xiyabanı ziyarət edilmişdir

Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsi yad edilmiş, məzarları üstünə qərənfillər düzülmüşdür.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbələrlə görüş keçirilmişdir

Mərkəzin 2021-2022- ci tədris ilində müxtəlif ixtisaslar üzrə 39 qrupda 641 tələbə təhsil alır. Onlardan tədrisdə fərqləndiklərinə, Mərkəzin ictimai həyatında fəal iştirak etdiklərinə, idmanda yüksək nəticələr göstərdiklərinə görə 91 nəfər tələbə rəhbərlik tərəfindən “Fəxri Fərman”la təltif olunmuşlar.
Təltif olunan tələbələri təbrik edir, onlara daha yüksək nəaliyyətlər arzu edirik!
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev, Mərkəzin Mülki Müdafiə Qərargah rəisi, II Qarabağ Müharibəsinin iştirakçısı İlham Əfəndiyev Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıblar.
Qeyd olunub ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilmişdir.
Diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar.
Mərkəzin tələbələrinin ifasında şəhidlərimizə, Vətənə həsr edilmiş şeirlər səslənmişdir.
Sonda 20 Yanvar hadisələrini əks etdirən videoçarxa birgə baxış keçirilmişdir.

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471