Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedoqoji heyətin növbəti “Pedoqoji Şura İclası” keçirilmişdir

İclasda Mərkəzin direktoru Qalib Nəbiyev 2020- 2021- ci il tədris ilində əldə edilən uğurlu nəticələrdən, dövlət- özəl sektorla sıx əməkdaşlıqdan, imzalanmış memorandumların gələcək perspektivlərindən danışaraq, qazanılan uğurlara görə kollektivi təbrik etmiş, yeni tədris ilində bu fəlaiyyətlərin geniş formada davam etməsi istiqamətindəki proqramlar barədə məlumat vermişdir.
Daha sonra tədris ilində qəbul olunmuş tələbələrlə aparılan mədəni-kütləvi və tərbiyə işlərinin vəziyyəti, tədris-planlaşdırıcı və uçot sənədlərinin aparılması vəziyyəti, istehsalat təlimi və ixtisas fənlərinin tədrisi vəziyyəti, tədris jurnallarının aparılması vəziyyəti, tələbələrin dərsə davamiyyətinin vəziyyəti, TNK və KSQ aparılması barədə, mərkəzin inventar və avadanlıqlarının qorunub saxlanılması vəziyyəti, sinif rəhbərlərinin qruplarda apardığı tərbiyə işlərinə dair hesabatlar, carı məsələlər, təqaüd kartlarının yeni qaydada verilməsi barədə və pandemiya dövründə tədrisin təşkili istiqamətində hesabatlar dinlənilmiş, tapşırıq və tövsiyyələr verilmişdir.
Categories
Uncategorized Xəbərlər

Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA ( KOB Azərbaycan / SMB Azerbaijan ) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Layihə çərçivəsində Qəbələ, Ağdam və Cəlilabad rayonlarındakı peşə təhsil müəssisələrinin sonuncu kursunda təhsil alan və sahibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.

https://vet.edu.gov.az/az/news/2109?fbclid=IwAR1df9_MnRSthzq9oY49LP2FcqdnqC2HB0AXchgE__THmE1hfugOd1uhoTg 

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Dual təlimə cəlb olunmuş tələbələri üçün iş yerində praktik öyrənmə təlimlərinə start verilmişdir

Qafqaz Riverside Hotel Gabala hotelində iaşə üzrə şirkətdaxili təlimçi Vüsal Mürsəlov tərəfindən təlim kecirilmişdir. Təlimin əsas məqsədi tələbələri mehmanxana və restoran işləri ilə yaxından tanış etmək, oteldə davranış qaydalarını izah etmək və qonaqlara servis göstərilməsi qaydalarını praktik həyata keçirilməsini göstərmək olmuşdur.
Təlimdə “Mehmanxana nədir?”, “Mehmanxanada təhlükəsizlik qaydaları” və “Qonaqlara servis qaydaları” üzrə təqdimatlar göstərilmiş və praktik işlər yerinə yetirilmişdir. Təlim interaktiv şəraitdə keçirilmiş və tələbələrin marağına səbəb olmuşdur.
Təlimdə Təhsil Mərkəzinin “Turizm sahəsində iaşə üzrə mütəxəssis “ ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişlər.
 
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Uşaqlar Birliyi,uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin layihəsi çərçivəsində uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzi yaradılmışdır.

Uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzinin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması və inteqrasiya hüquqlarının təmin edilməsinə, çətin həyat şəraitində olan ailələrə dəstək, uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərin həyata keçirilməsidir.

Eyni zamanda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dayə ixtisası üzrə təhsil alan tələbələr mərkəzdə praktik olaraq istehsalat təlimləri keçir, nəzəri dərslərdən öyrəndiklərini təcrübədə tətbiq edirlər. Digər tərəfdən, qənnadçı, şirniyyatçı və aşpaz ixtisası üzrə təhsil alan tələbələr Mərkəzin yeməkxanasında uşaqlar üçün şirniyyat və yeməklərin hazırlanmasında yaxından köməklik göstərirlər.

 

 

Mərkəzdə 3-6 yaş və 6-12 yaş arası uşaqlar 2 qrupda 30 nəfər ( hər qrupda 15 nəfər olmaqla) yerləşdirilmişdir. Onların davranış emosianal və fiziki inkişafına, sosial uyğunlaşmasına yardım etmək, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərini inkişaf etdirmək günərzi mərkəzi işçilərinin əsas vəzifələrindəndir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi günərzi mərkəzinin fəaliyyəti ilə tanış olmuş, uşaqlar üçün yaradılmış şəraiti yaxından izləyərək, mərkəzin fəaliyyətinə tövsiyyələrini vermişdir.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində “Zəfər bizimdir” adlı bayram tədbiri keçirilmişdir

Azərbaycanın şanlı ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin 200 illik saxta tarixinə zərbə vurdu, haqq-ədaləti bərpa etdi. Mərkəzin mühəndis-pedaqoji kollektivi bu böyük Zəfət Gününün yüksək əhval-ruhiyyə ilə qeyd etdi. Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirə üçrəngli bayrağımız təntənə ilə gətirildi. Bizlərə zəfər sevinci yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra söz Tədris Mərkəzinin direktoru Qalib Nəbiyevə verildi. O, öz çıxışında qeyd etdi ki, döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, rəşadətli ordumuzun döyüş qabiliyyətini aydın gördü. Qalib millətimizin öz Prezidentini necə dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bir daha sübut etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Tədris Mərkəzinin tələbələrinin ifasında torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndi, səhnəciklər nümayiş etdirildi. Tədbir boyu 44 günlük Vətən müharibəsinin əks etdirən video-çarxlar nümayiş etdirildi, ölkə Prezidenti cənab İlham Əliyevin Qələbəyə inam dolu çıxışlarından hazırlanmış slaydlar göstərildi. 30 illik həsrətə son qoyduğumuz günü “Zəfər” bayramını müəllimlər və tələbələr sevinc hissi ilə qeyd etdilər.
Hamının dilində bir şüar vardır.
“Qarabağ Azərbaycandır!”
“Zəfər Azərbaycanındır!”
 
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Turizm sahəsində Dual peşə təhsili və təlimi Təhsil Proqramının icrası istiqamətində tədbir həyata keçirib

Tədbir “Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alan tələbələrlə və müəssisədən olan kuratorlarla birlikdə Qafqaz Riverside Hoteldə baş tutub. Görüşdə tələbələrlə üçtərəfli müqavilələr imzalanıb, eyni zamanda tələbələrin otellərdəki iş qrafikləri müəyyənləşdirilib.
Dual peşə təhsili və təlimi Təhsil Proqramına uyğun olaraq tələbələr 5 həftə ərzində təhsil müəssisəsində ilkin baza biliklərə sahibləniblər. Növbəti mərhələdə seçilmiş 40 nəfər tələbə peşə təhsil müəssisəsində nəzəri biliklərlə yanaşı, qabaqcıl otellərdə seçilmiş şirkətdaxili təlimçilər vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.
Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də “Qafqaz-Qəbələ” MMC-nin otellərində təcrübə qazanaraq diplom əldə edəcəklər.
“Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisaslarında təhsil alan tələbələrin Qafqaz – Qəbələ MMC ilə bağlanmış müqaviləyə əsasən tədris ili boyunca müxtəlif dövrlərdə tədris planına uyğun olaraq, istehsalat təlimi və təcrübəsi təşkil olunacaqdır.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.
 
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbir keçirilmişdir

Böyük mütəfəkkürə həsr olunmuş tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, mühəndis-pedaqoji heyət və tələbələr iştirak etmişdir. Giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, Nizami Gəncəvinin dünya ədəbiyyat tarixinə verdiyi töhfələrdən söz açıb.
Tədbirdə “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” qrupunun tələbələri Sevda Alənmədova, Sənan Nəzirov, Nicat Rəsulov, Elnur Sədullayev və Fidan Rəsulova, “Baytarlıq və heyvandarlıq” qrupunun tələbələri Vüqar Əhmədov, Hüseyin Şükürlü, Elvira Nəzirova, Rəvan Səmədov və Rəşidov Rəşad fəal iştirak etmişlər. Tələbələr Nizami Gəncəvini “Kərpickəsən kişinin dastanı” əsərini səhnələşdirmiş, dahi şairin şeirlərindən nümunələr və poemalarından qəzəllər səsləndirmişlər.  
Categories
Uncategorized Xəbərlər

Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında 2021 – 2022 -ci illərdə birgə tədbirlər planları istiqamətində sənədlər imzalanmışdır

Tərəflər öz üzərlərinə qarşlıqlı öhdəliklər götürmüşlər. “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və öyrədilməsi ”, “İşağaldan azad olunmuş rayonlarımızın tarixi və coğrafiyası” və s. mövzularda tələbələrin məlumatlanması üçün xüsusi proqram tərtib olunmuşdur. Tədbirlər planına əsasən həm Qəbələ rayon Heydər Əliyev Mərkəzində, həm də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 44 günlük müharibə və Zəfər tarixinə həsr olunmuş xüsusi dərslər keçiriləcək, “Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği” mövzusunda mühazirələr oxunacaqdır.

 

 

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Hərbi Qənimətlər Parkına səfər etmiş, Dənizkənarı bulvarda açılmış Zəfər yarmarkasında iştirak etmişlər

Azərbaycanın Qarabağ savaşında qalibiyyətini əks etdirən hər iki məkanda olmaq qəlbimizi qürur hissi ilə doldururdu.

Doğma Bakımızın ən mənzərəli yerində- Yeni Bulvarda yaradılmış Hərbi Qənimətlər Parkı bizə şəhidlərimizin xatirəsinin əbədi yadigarıdır. Qalib Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı qələbə düşmənə, dünyaya, hətta özümüzə belə əsl döyüşçü olduğumuzu sübut etdi.

Düzdür, müharibə ölüm, fəlakət, qan-qada, itki deməkdir. Amma o zaman ki yağı tapdağı altında olan torpaqların azadlığı uğrunda mübarizə gedir, ədalətli müharibə etmək müqəddəs bir işə çevrilir.

Hər bir azərbaycanlı kimi biz də Qələbə sevincini bizə yaşadanlara- Vətənin iğid oğullarına, anaların oxşaya- oxşaya böyütdüyü, amma şirin canlarını torpaq uğrunda qorxmadan verən əziz balalara, qayalara dırmanıb Şuşanı alanlara, xalqıyla, ordusuyla bir olub düşmənin başına “dəmir yumruq” endirən Ali Baş Komandana borcluyuq.

Hərbi Qənimətlər Parkında mənfur düşmənin saz və vurulmuş halda ələ keçirilmiş texnikasını izləmək, onlar haqqında məlumatları oxumaq Azərbaycanın Silahlı misilsiz qəhrəmanlıqlarının nəticələrini görmək demək idi.Çünki 5 hektarlıq sahədəki 300-ə qədər eksponat öz-özlüyündə düşmənin arzusunun gözündə qaldığını bir daha göstərdi.

Mərkəzin kollektivinin parka ekskursiyadan sonra Zəfər yarmarkasına gəzintisi və burda YAŞAT Fondunun rəhbəri Elvin Hüseynovla söhbəti xatirələrimizdən silinməyəcək.

 

Categories
Uncategorized Xəbərlər

“27 sentyabr Anım günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində İkinci Qarabağ müharibəsində iştirak edən mühəndis -pedaqoji heyətin üzvləri, təhsil alan müharibə iştirakçıları və qazi tələbələrlə görüş keçirilmişdir

İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək bildirdi ki, Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı 44 gün davam edən müharibə ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Azərbaycan işğal aldındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgəri, hər bir zabiti müharibədə qəhrəmancasına döyüşdü, işğalçının torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi.
Kollektimizdə Azərbaycan xalqının qazandığı Böyük Zəfərdə payı olan və bu Tarixi Qələbənin əldə olunmasında qəhrəmanlıqla iştirak etmiş müəlllim və tələbələrin olması çox qürurvericidir. Onların keçdiyi döyüş yolları barədə xatirələri, ürək sözləri bizim üçün dəyərlidir. Mərkəzin direktoru onu da vurğuladı ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün bu kimi tədbirlərin rolu əvəzsizdir. 

Daha sonra Mərkəzin Mülki Müdafiə Qərargah rəisi İlham Əfəndiyev, Mərkəzin istehsalat təlim ustası Bağıyev Vüqar, Mərkəzin ixtisas fənn müəllimləri Kazımlı Fuad, Mustafayev Cavid öz çıxışlarında bildirdilər ki, 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Onlar həmçinin qeyd etdilər ki, Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm sahəsində iaşə” ixtisası üzrə təhsil alan tələbə Zülfüqarov Səfa, “Aqroservis mütəxəssisi” ixtisası üzrə təhsil alan tələbə- qazi Qasımov Bəxtiyar, “Çilingər santexnik” ixtisası üzrə təhsil alan tələbə-qazi Eyvazov Elşən və digər müharibə iştirakçıları öz əsgəri borclarını ləyaqət və şərəflə yerinə yetirdiklərindən söz açdılar. Müharibə iştirakçısı olan tələbələr qeyd etdilər ki, Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanında aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.
Tədbirə toplaşan tələbələr Vətən müharibəsi iştirakçılarının çıxışlarından onların qəlblərindəki Vətən sevgisinin, düşmənə qarşı olan intiqam və Qalib Xalqın Qalib əsgəri olmaqdan keçirtdikləri qürur hissinin aliliyi duydular.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471