Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
-
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ( KOB Azərbaycan / SMB Azerbaijan ), “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə 30 sahibkar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur
Mərkəzin direktoru Qalib Nəbiyev fəaliyyəti əks etdirən təqdimat etmiş, yerli biznes tərəfdaşlığının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə ixtisaslarının açılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələr aparılmışdır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dekorativ – tətbiqi sənət (Sanama tikiş növü üzrə) dərnəyinə start verilib
Bu sahəyə marağı nəzərə alaraq, Təhsil Mərkəzi tərəfindən dərnək ödənişsiz şəkildə həyata keçirilir. İki ay davam edəcək dərnəkdə iştirakçılar Dekorativ – tətbiqi sənədin incəliklərini öyrənəcəklər.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomlar təqdim edilib
Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Camal Rəsulov açaraq tədbir iştirakçılarını salamlayaraq, tədbirin proqramı haqda iştirakçıları məlumatlandırıb. Çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev məzunları təbrik edərək, ölkədə peşə təhsili istiqamətində həyata keçirilən proqramlar, Mərkəzin ötən tədris ilində qazandıqları təcrübə və əməkdaşlıqlarla bağlı geniş məlumat verib.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Vaxtın İdarə Edilməsi” üzrə təlim keçirilib
Bugün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində inzibati heyət üçün təhsilalanlarla iş şöbəsi tərəfindən “Vaxtın İdarə Edilməsi” üzrə təlimin 1-ci hissəsi keçirilib.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İşəgötürənlərlə dəyirmi masa təşkil edilib
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşı olduğu 30-dək biznes müəssisəsi iştirak edib. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə biznes müəssisələri arasında uğurlu əməkdaşlıq, gələcək perspektivlər, Peşəyə olan marağın artırılması üçün işəgötürənlərin təklifləri, Peşə Təhsili müəssisələri ilə əməkdaşlıq imkanları, tələbələrin təcrübə proqramları, İşyerində öyrənmə konseptinin müzakirəsi, hər hansı birgə biznes imkanı, Karyera Mərkəzinin yaradılması…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inzibati heyəti üçün təhsilalanlarla iş şöbəsi tərəfindən “Danışıq aparma bacarıqları” üzrə təlim keçirilib
Təlimdə Təhsilalanlarla iş şöbəsinin müdiri Anar Məhərrəmov tərəfindən Danışıq aparma bacarıqları üzrə zəruri bilik və vərdişlərə yiyələnmənin iş həyatında rolu, Natiqlik nədir, Natiqlik sənətinin tarixi, effektiv nitq üçün vacib keyfiyyətlər, Natiqliyin növləri, verbal və qeyri-verbal ünsiyyət vasitələri və s. haqqında geniş məlumat verilib.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində " İşgüzar yazışmalar" üzrə təlim keçirildi
01 iyul 2021-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində inzibati heyət üçün təhsilalanlarla iş şöbəsi tərəfindən işgüzar yazışmalar üzrə təlim keçirildi.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət buraxılış ixtisas imtahanları başlayıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 03.06.2021-ci il tarixli F-25 saylı əmri əsas tutularaq, Dövlət buraxılış ixtisas imtahanları başlayıb. Ümumi orta təhsil bazasından “Bağban-dekorator” və tam orta təhsil bazasından dayə ( təhsil müddəti 1 il) ixtisası üzrə imtahanlar müvəffəqiyyətlə başa çatıb.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tanıtım tədbiri keçirilib
Tədbirdə işəgötürənlər, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri, müəllimlər, valideyinlər, uğurlu məzunlar iştirak ediblər. Tədbirdə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev qonaqları salamlayaraq, iştirakçılara Təhsil Mərkəzi haqqında məlumat verib. Mərkəzdə turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisasları ilə bağlı informasiya verilib, və ümumi fəaliyyəti əks etdirən təqdimat edilib. İşəgötürən müəssisələrin rəhbərləri, peşə təhsilinin əhəmiyyəti, şagirdlərin…