Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
-
3 iyun 2021-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və Qəbələ rayon Təhsil şöbəsinin birgə əməkdaşlığı ilə onlayn tədbir keçirildi
Görüş “Ümumtəhsil və peşə təhsili müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi” mövzusuna həsr olunmuşdu. Tədbirdə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev müəssisənin fəaliyyəti haqqında dolğun məlumat verdi və təqdimat etdi. O, bildirdi ki, Təhsil Mərkəzində həm turizm, həm aqrar sahə, həm də sənayenin digər sahələri üzrə kadrlar hazırlanır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” ixtisası üzrə təhsil alan ll kurs tələbələri üçün “Dualabənzər PTT” layihəsi çərçivəsində iş yerində praktik imtahanlar təşkil olunub
2021-ci ilin 15 fevral tarixindən tələbələr “iş yerində öyrənmə” təliminə, 29 mart tarixindən isə istehsalat təcrübəsinə başlayıblar. İstehsalat təcrübəsi “Gilan-Qəbələ Aqroservis” ASC-də təşkil edilib. Təcrübənin davamı olaraq 02.06.2021-ci il tarixində iş yerində praktik imtahanlar təşkil olunub. Praktik imtahan tərəfdaş müəssisənin tarlasında keçirilib və imtahan zamanı tələbələr texnikanın işə hazlanması, tarlanın səpinə hazırlanması, eyni zamanda digər…
-
AR Nazirlət Kabinetinin 04 may 2021-ci il tarixli Qərarı ilə Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi 2020/2021-ci tədris ilinin 2-ci yarımilinə də aid edilmişdir
Bildiririk ki, AR Nazirlət Kabinetinin 04 may 2021-ci il tarixli Qərarı ilə Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi 2020/2021-ci tədris ilinin 2-ci yarımilinə də aid edilmişdir (1-ci yarımil ərzində bu proses tələbələr və müəssisələr tərəfindən həyata keçirilmişdir)
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları koronavirus (COVİD-19) infeksiyası əleyhinə ikinci doza peyvənd olunublar
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi olaraq təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırırıq.
-
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır
Bu münasibətlə keçirilən mərasimdə Qoruğun direktoru Zahir Kərimov çıxış edərək, müəssisələr arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ixtisaslı kadrların yetişdirilməsi baxımından memorandumun əhəmiyyətini vurğulayıb, əlaqələrin perspektivlərindən söz açıb. Mərasimdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev müəssisələr arasında qarşılıqlı əlaqələrin qurulmasını yüksək qiymətləndirdirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları arasında “COVID-19” əleyhinə vaksinasiya prosesi baş tutdu
Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olunmuş peşə təhsil müəssisələrinin heyətinin ümumi göstəriciləri 62,2 faizə bərabərdir. Bakı üzrə bu göstəricilər 60,6 faiz, Sumqayıt üzrə 73,2 faiz, Abşeron rayonu üzrə 73,2 faiz, regionlar üzrə isə…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, Mərkəzin həmkarlar təşkilatı tərəfindən şəhid tələbəmiz Bayramov Coşqun Ənvər oğlunun ailəsi ziyarət edilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, Mərkəzin həmkarlar təşkilatı tərəfindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunan (ölümündən sonra) şəhid tələbəmiz Bayramov Coşqun Ənvər oğlunun ailəsi ziyarət edilmiş, yeni il sovqatı çatdırılmışdır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində mühəndis-pedaqoji heyətlə növbəti direktoryanı onlayn müşavirə keçirilmişdir
Müşavirədə tədris ilinin I yarısının yekunları və II yarımildə qarşıda duran məsələlər, mühəndis-pedaqoji heyət ilə distant tədris zamanı onlayn dərslərin təşkili, istehsalat təlimi və ixtisas fənlərinin tədrisi, yeni dərs ilində tələbə qəbulu aparılması üçün əmək bazarının öyrənilməsi, tələbələrin onlayn dərslərə davamiyyətinin vəziyyəti və cari məsələlər müzakirə olunmuşdur.
-
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin (Qəbələ Gəncləri) təşəbbüsü ilə, “Zoom” platforması üzərindən “Yaxşı CV necə yazılmalıdır?” adlı vebinar keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, Qəbələ GİKM-in Gənc Könüllüləri, Qəbələ regional “ASAN Xidmət” mərkəzinin könüllülərinin (ASAN Könüllüləri / ASAN Volunteers) iştirakı ilə baş tutan görüşdə Qəbələ GİKM-in əməkdaşı Xuraman Həsənzadə tərəfindən, CV, CV-nin məqsədi, CV ilə tərcümeyi-halın fərqi, CV yazarkən ən çox edilən səhvlər, CV-nin tərtib edilməsi prinsipləri haqqında məlumatlar verilib və müzakirələr aparılıb.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə "Qafqaz-Qəbələ" MMC, "Tufandağ"Qış Yay Turizm Kompleksi MMC və "Qəbələlənd" MMC arasında anlaşma memorandumu imzalanıb
Memorandumda əsas əməkdaşlıq istiqamətləri bilik və bacarıqların daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək, müvafiq istiqamətlər üzrə təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsində BTF-nin iştirakını təmin etmək və digər işgüzar əlaqələrin yaradılmasıdır