Azərbaycan Texniki Universitetin rektoru, professor Vilayət Vəliyevin rəhbərliyi etdiyi nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə işgüzar səfər etmişlər. Səfər çərçivəsində qonaqların Mərkəzin fəaliyyəti ilə tanış olması məqsədilə infotur təşkil olunmuşdur.

Mərkəzin direktoru tərəfindən qonaqlara ümumi fəaliyyət, həyata keçirilən layihələr, tədris proqramları, ötən tədris ilinin statistik hesabatları təqdim olunmuşdur.

Səfərin məqsədi universitet-peşə təhsili işbirliyi, ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, həmçinin tədris proqramlarının sənayenin tələblərinə uyğunlaşdırılması, ilk, texniki və yüksək texniki peşə ixtisasları üzrə mübadilə istiqamətində müzakirələr aparılması və əməkdaşlığın yeni istiqamətləri müəyyənləşməsi olmuşdur.

Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində Ömürboyu Öyrənmə Məktəbinin rəhbəri Aynurə İsmayılova, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının koordinatoru, universitetin İctimai şurasının sədri Osman Gündüz, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova iştirak etmişdir

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.