Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin dil – ədəbiyyat müəllimi Fatimə Tağıyeva açaraq tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan dilinin dövlət dili kimi rəsmən tanınmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edən müəllim onun Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini söyləyib.
Sonra tədbirdə dilimizə aid təqdimatlar edildi, tələbələrin ifasında şeirlər dinlənildi.
Daha sonra Təhsil Mərkəzinin direktoru Azad Məmmədov çıxış edərək, azərbaycan dilinin zamanın sınaqlarından necə keçdiyini və bu günkü inkişafı barədə geniş məlumat verdi.
Dilimizin qorunmasının vacibliyi və tədris prosesində xarici adları daşıyan alətlərin, avadanlıqların adlarının azərbaycan dilində tələbələrə çatdırılması barədə direktor müavini C. Rəsulov, müəllim R. Məmmədova çıxış etdilər.
Tədbirdə vurğulanıb ki, Ana dilini qorumaq, inkişaf etdirmək hər bir vətəndaşın müqəddəs borcudur.