Tədbirdə Mərkəzin dil – ədəbiyyat müəllimi F. Tağıyeva Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamları iştirakçıların diqqətinə çatdırıb, Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə geniş məlumatlar verib.
Mərkəzin direktoru Azad Məmmədov İmadəddin Nəsiminin Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğu və onun ədəbi irsi barədə danışıb. Azad Məmmədov orta əsrlər dövrünə səyahət etməklə tələbələri o dövrün ictimai – siyasi vəziyyəti ilə qiyabi tanış etdi.
Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Nəsiminin qəzəllərindən nümunələr səsləndiriblər. Həmçinin “Nəsimi” filmindən fraqmentlər təqdim olunub.