18 aprel 2016-cı il tarixdə məktəbin buraxılış qruplarının şagirdlərinin toplantısı
keçirildi. Toplantıda məktəbin direktoru, direktor müavini, buraxılış qruplarının
istehsalat təlimi ustaları və sinif rəhbərləri iştirak edirdi.

Toplantını məktəbin direktoru Azad Məmmədov açaraq, istehsalat təcrübəsinin təşkili barədə geniş məlumat verdi.
O, bildirdi ki, istehsalat təcrübəsinin təşkil edilməsi nəzərdə tutulmuş müəssisələrlə müqavilələr bağalnmışdır və
şagirdlərimiz həmin qurumlara təcrübəyə göndəriləcəklər.

Sonra tədris-istehsalat işləri üzrə direktor müavini Camal Rəsulov çıxış edərək bildirdi ki, istehsalat təcrübəsi
təlimin son mərhələsidir və şagirdlər təcrübə keçdiyi müəssisələrdə müəssisədaxili intizam qaydalarına riayət
etməlidirlər. Təcrübə müddətində əməyin təhlükəsizliyi qaydalarına riayət edilməsi, təcrübə sənədlərinin işlənməsi,
ixtisas (sınaq) işlərinin yerinə yetirilməsi haqqında şagirdlərə geniş məlumatlar verildi.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verildi.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.