12 dekabr tarixindən etibarən Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizə səfərdədir.

Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.

Qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub. Mərkəzlə tanışlıqdan sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Şehit Erol Olçok Mesleki ve Teknik Anadolu Lisesi arasında qardaşlıq sazişi imzalanmışdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.