Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bursa Şehit Erol Olçok Mesleki ve Teknik Anadolu Lisesi arasında onlayn əməkdaşlıq görüşü!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Bursa Şehit Erol Olçok Mesleki ve Teknik Anadolu Lisesi arasında birgə təlimlərin təşkili məqsədilə onlayn görüş keçirilib. Görüşdə təlim proqramının məzmunu, iştirakçılar və planlaşdırılan fəaliyyətlər barədə geniş fikir mübadiləsi aparılıb. Qarşılıqlı müzakirələrdə əməkdaşlığın müəllim və tələbələrin peşəkar inkişafına töhfə verəcəyi bildirilmiş, turizmin müxtəlif alt sahələrini əhatə edən təlim…
-
İşəgötürənlərlə əməkdaşlıq qarşılıqlı fayda verir!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə ətraf regionlardakı müəssisələrin əməkdaşlığı genişləndirilir. Regionda fəaliyyət göstərən “EDEN AGRO” MMC, “Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı” ASC və “Tufandağ” Qış-Yay Turizm Kompleksi tərəfindən verilən sifariş əsasında “Avtokar sürücüsü” ixtisası üzrə qısamüddətli kurslara start verilib. Kurs 25 iyun tarixində başlayıb və işəgötürənlərin ehtiyaclarına uyğun sıxlaşdırılmış proqramı ilə, 2 həftəlik tədris…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü Zinyət Tahirli-Əlibəylinin qələmə aldığı “Qəbələ Alimləri” kitabının təqdimatı keçirilib
Tədbir Azərbaycan Dövlət Himni ilə başlayıb, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə kitabda yer alan alimlər, yaxınları, şəhid ailələri, ictimaiyyət nümayəndələrindən ibarət 150-dən çox ziyalı insanlar iştirak ediblər. Tədbiri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev açaraq, gələn qonaqları, dəyərli alimləri salamlayıb, “Qəbələ alimləri” kitabı haqqında ürək sözlərini…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Bitkiçilik mütəxəssisi” ixtisası üzrə təhsil alan tələbələri “Tofiqoğlu” Arıçılıq Təsərrüfatına ekskursiya ediblər.
Səfər zamanı tələbələr arıçılıq fəaliyyəti, balın istehsalı və arıların bitkilərlə qarşılıqlı təsiri barədə praktiki biliklər əldə ediblər. Bu cür təcrübə yönümlü ekskursiyalar tələbələrin peşə bacarıqlarının inkişafına xidmət edir. #QəbələDövlətPeşəTəhsilMərkəzi#PeşəTəhsili#Bitkiçilik#Arıçılıq#TəcrübəTəhsildə
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə reallaşan tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi üzrə Komissiyanın katibi Pərvin Məmmədov qeyd edib ki, belə tədbirlər “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin müstəqil inkişaf yoluna, möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, nəhayət, yeni…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunu Elgün Osmanlını tanıyaq.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Elgün Osmanlı “Aşpaz” ixtisası üzrə təhsil alıb. O, hal-hazırda Qafqaz Tufandağ Hoteldə mətbəxdə “Qrup rəhbəri” (Bölüm şefi) vəzifəsində çalışır. Onun çalışdığı bölümdə əsasən Aralıq dənizi ölkələrinə məxsus yeməklər və milli yeməklər hazırlanır. E. Osmanlı öz ixtisasının nəzəri və praktik biliklərini dərindən mənimsəyərək, yemək bişirmək sənətində geniş təcrübəyə malik olub.…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-iqtisadi İnkişaf Strategiyası” çərçivəsində keçirilən qısamüddətli kurslara start verildi.
Kurslar ödənişsizdir. Son müraciət tarixi: 31 mart Qeydiyyat linki: https://portal.edu.az/ https://www.facebook.com/share/p/18gcveYC4M/
-
Məzunlarımız bizi sevindirməyə davam edir!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Yüksək Texniki Peşə Təhsili (Subbakalavr) səviyyəsinin “Mühasibat uçotu” ixtisasının məzunu Eyyubova Aytac hal-hazırda Qərbi Kaspi Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr təhsili alır. Məzunumuzu təbrik edir, ona təhsilində və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik! https://www.facebook.com/share/p/15wpqGx97S/
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin tədbirində iştirak ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən icra edilən “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti tədbiri Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatında baş tutub. Layihə üç ay davam edir. Bu təşəbbüs gənclər arasında narkotik vasitələrin istifadəsinin artması ilə bağlı narahatlıqları ön plana çəkərək, narkotiklərin yaratdığı təhlükələr, onların fiziki, psixoloji və sosial…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı-Qan Yaddaşımız” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev Xocalı soyqırımının bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 30 il…