Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində turizm sahəsində iaşə üzrə mütəxəssis, qənnadıçı-şirniyyatçı və mehmanxana inzibatçısı ixtisasları üçün Dual Peşə Təhsili proqramına tələbə qəbulu davam edir
Son müraciət tarixi: 3 sentyabr, 18:00 Qeydiyyat linki: https://portal.edu.az/ Qəbul planı: https://shorturl.at/4pFxz
-
2024-2025-ci tədris ili üzrə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə tələbə qəbulunun II mərhələsinə start verildi
Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla bitirən növbəti məcburi köçkünlərə sertifikatlar verilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün keçirilən qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə tələbə qəbulunun nəticələri açıqlanıb
Müsabiqədə iştirak edən şəxslərin nəticələri portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündə yerləşdirilib. Müsabiqədən keçən şəxslər 17–26 avqust (saat 17:00-dək) tarixlərində tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Ətraflı: https://shorturl.at/r4t3L
-
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələdə “Bir Peşənin Sirri” festivalı keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Qəbələ Mall” Mərkəzində 3000-dən çox şəxsin iştirakı ilə “Bir Peşənin Sirri” festivalı keçirilib. Tədbirin keçirilməsində məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini…
-
“Bir peşənin sirri” festivalı Qəbələdə!
Festivalda səni gözləyir: Müxtəlif peşələrdə özünü sınamaq fürsəti; Hədiyyəli viktorinalar; Ustad dərsləri; Əyləncəli oyunlar. 9 avqust 17:00-21:00 Qəbələ şəhəri, Qəbələ Mall Giriş sərbəstdir!
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 2024-2025-ci tədris ili üçün nəzərdə tutulmuş ixtisasları diqqətinizə çatdırır
ələbə qəbulu başlandıqda öncədən elan olunacaq və qəbul elektron qaydada portal.edu.az platforması üzərindən aparılacaq. Gələcəyin üçün indi qərar ver!
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən “Region gəncləri insan alverinə qarşı mübarizədə” adlı layihə çərçivəsində seminarlar keçirilib
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib. Çıxış edənlər arasında layihənin eksperti Reyhan Məmmədova bir sıra maarifləndirici məqamlara toxunub. O insan alveri nədir?, Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə haqqında Qanunu, xаricə gеtməк istəyənlər üçün təhlüкəsizlik plаnı, insan alverinin qarşısının alınması sahəsində QHT-lər ilə əməkdaşlığın əhəmiyyəti və…