Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təsdiq edilmiş tədris planına əsasən açıq dərslərin keçirilməsi davam etdirilir
“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə “Azərbaycan Respublikasının Hərbi atributları” mövzusunda təşkil edilmiş açıq dərsin məqsədi tələbələrə döyüş bayraqlarını, Silahlı Qüvvələrin emblemini, geyim formalarını, hərbi rütbələri tanıtmaq və tələbələrdə hərbi vətənpərvərlik ruhu yaratmaq idi. Dərsin başlanğıcında tələbələr bir cərgə düzülüşü etmiş və taqım komandirinin məruzəsi dinlənilmişdir. Tələbələr Azərbaycan Respublikasının Hərbi atributlarının əhəmiyyətinin araşdırılması üçün “Xankəndi”, “Şuşa”…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən təşkilatlarla birgə uğurla davam edir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə “Rabitə avadanlıqlarının quraşdırıcısı” qrupunun tələbələrinin Dağlıq Şirvan Regional Rabitə İdarəsinin Qəbələ rayon şöbəsində istehsalat təlimləri davam edir. İstehsalat təlimi müəssisənin daxili iş planı üzrə həyata keçirilir. Tələbələr Avtomatik Telefon Stansiyalarında (ATS) kabel xətlərinin çəkilişi, modemlərin quraşdırılması, kommunikasiya prosesini, internet və telefon rabitəsinin doğru bir şəkildə təmin edilməsini,…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ölkənin müxtəlif bölgələrindən tələbələr təhsil alırlar. Cari tədris ilində yataqxanada 38 rayondan 100-dən artıq tələbə yerləşdirilib. Onların asudə vaxtlarının səmərəli təşkili daim diqqətdə saxlanılır
Tələbələrimiz üçün kompüter, dil kursları və müxtəlif mövzularda təlimlər təşkil edilir. Tələbələr dərsdən sonra Mərkəzin idman zalında məşqlər edir, meydançada müxtəlif oyunlar oynayır, tədrisdən kənar boş vaxtlarında öz hobbiləri ilə məşqul olurlar. Bütün bunlar yataqxana sakinlərinin bir ailə kimi inteqrasiyasına, asudə vaxtlarını mənalı keçirmələrinə, pis vərdişlərdən uzaq olmalarlna, təlim və tədrisdə yüksək nailiyyətlər əldə etmələrinə…
-
“Dünya İqlim Dəyişmələri və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir
2 dekabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan: vətəndaşların qlobal iqlim dəyişmələri ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu “Dünya İqlim Dəyişmələri və Azərbaycan” mövzusunda dəyirmi masa…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən müəssisələrlə birgə uğurla davam edir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə “Üzümçülük və Şərab ustası” qrupunun Savalan “ASPİ WINERY” MMC ( Savalan Wines ) şirkətində İstehsalat təlimləri davam edir. “Üzümçülük və Şərab ustası” (1 illik) ixtisas tələbələri 2 hissədən ibarət növbəli olaraq iş rejiminə cəlb olunublar. Tələbələr müəssisə tərəfindən cəlb olunan mentorlar tərəfindən təhlükəsizlik qaydaları ilə təlimatlandırılıb, iş…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən təşkilatlarla birgə uğurla davam edir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə 2 qrup “Turizm sahəsində iaşə üzrə mütəxəssis” və “Aşpaz” qruplarının Qafqaz Tufandag Hoteldə təlimləri davam edir. Qafqaz Tufandağ Hotel Dual tədris proqramına uyğun fəaliyyətlər çərçivəsində tələbələrə xüsusi olaraq, 2 hissədən ibarət nəzəri və praktiki təlim keçirilmişdir. Həyata keçirilən əməkdaşlıq üzrə tələbələrə nəzəri biliklər tədris olunmaqla yanaşı, dual…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Arıçı” qrupunun tələbələri istehsalat təlimlərini qrupun müəllimi, Səbuhi Nəbiyevin Zarağan kəndində yerləşən “Tofiqoğlu” arıçılıq təsərrüfatında həyata keçirilmişdir
Təlim zamanı arı şanlarının çeşidlənməsi, güləmin və bərəmumun yığılması və təkrar istifadəyə yaramayan yanların doğranması prosesi həyata keçirilmişdir.
-
“Heydər Əliyev İli” çərçivəsində futzal üzrə xatirə turniri davam edir
Turnirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin heyətindən ibarət komanda da təmsil olunur. Qəbələ Olimpiya idman Kompleksində keçirilən turnirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı Hərbi Hissəsi ilə qarşılaşmışdır. Komandamıza uğurlar arzu edirik!
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır
Tərəflər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və “Heyvandarlıq Elmi-Təqdqiqat İnstitutu” tərəflərin geniş tədris və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsini, tədrisin məzmununun təkmilləşdirilməsinin zəruriliyini və müasir peşə təhsili mərkəzinin quruculuğunda birgə əməkdaşlıq potensialını nəzərə alaraq, razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Anlaşma Memorandumunu imzalamışdırlar. Tərəflər arasında…