Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim-tərbiyə prosesini inkişaf etdirmək və “Mərkəz-müəllim-valideyn” münasibətlərini möhkəmləndirmək məqsədilə valideyn iclasları keçirilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təlim-tərbiyə prosesini inkişaf etdirmək və “Mərkəz-müəllim-valideyn” münasibətlərini möhkəmləndirmək məqsədilə 2 illik və 3 illik texniki peşə təhsili qruplarında valideyn iclası keçirilib. İclasın keçirilməsində məqsəd valideynləri Təhsil Mərkəzinin həyatında fəal iştiraka təşviq etmək, habelə Mərkəz-valideyn əlaqələrini gücləndirməkdən ibarətdir. İclasda tələbələrin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Əsrlərin yadigarı- Ana dilim” adlı tədbir keçirilmişdir.
https://www.facebook.com/qebeledovletpesetehsilmerkezi/posts/pfbid0epg6xFfn3genheAXdxgasSRDULawDfMxPaDiTrstByyP9JpwQYqSFR6dabzRTgC3l
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri təcrübə səfərində olublar.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Baytarlıq və heyvandarlıq işi” və “Laborant-mikrobioloq” ixtisasları üzrə təhsil alan tələbələri Şəki şəhər Baytarlıq İdarəsi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi LESM – Şəki Regional Mərkəzində təcrübə səfərində olublar. Səfər zamanı tələbələr aqrokimyəvi, baytarlıq, toxumçuluq, laboratoriya xidmətləri, texniki ekspertiza və sertifikatlaşma xidmətləri ilə yaxından tanış olublar.…
-
Respublika qəzetində və saytında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, tələbələrinin Xarici ölkələrdə Təcrübə Proqramında iştirakı haqqında yazı dərc edilib.
Linkə keçid edərək yazı ilə tanış ola bilərsiniz:
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Qəbələ Konserv Zavodunun yeni məhsulu olan təbii meyvə şirələrinin dadım və qiymətləndirmə prosesində iştirak ediblər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Qəbələ Konserv Zavodu ilə əməkdaşlığı çərçivəsində zavodun yeni məhsulu olan təbii meyvə şirələrinin dadım və qiymətləndirmə prosesində iştirak ediblər. Zavodun əməkdaşları tərəfindən müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verilərək, istehsal olunan məhsullar təqdim olunub və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm və qida sahəsi üzrə təhsil alan tələbələri qiymətləndirmə prosesində iştirak…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə Tələbə Gənclər Təşkilatına sədr seçilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən elan edilən Tələbə Gənclər Təşkilatına sədr seçkilərində Mərkəzin tələbələri arasında aparılan səsvermə nəticəsində Əhməd Abdullayev səs çoxluğu ilə sədr seçilib. Tələbə Gənclər Təşkilatının məqsədi tələbələrin maraqlarını təmsil və müdafiə etmək, Respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Əhməd Abdullayevi…
-
Rəhbər pedaqoq, yoxsa inzibatçı olmalıdır?
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyevin fikirləri haqqında “Azərbaycan müəllimi” yazır. muallim.edu.az/news/67ab2b7b828736e30e70c8c8
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri könüllü fəaliyyətləri ilə fərqlənir və regional tədbirlərdə fəal iştirak edirlər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin könüllüləri 4-7 fevral tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində gənclər düşərgəsində, 07 fevral tarixində isə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Gənclər həftəsi” çərçivəsində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Suverenlik və İnkişaf” mövzusunda Şəki-Zaqatala regionuna daxil olan…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Təhsilalanlarla iş şöbəsi tərəfindən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Konstitusiya–Dövlətin ali qanunudur” mövzusunda tədbir keçirilib.
Tədbirdə Təhsilalanlarla iş şöbəsinin əməkdaşı Gültəkin Eyvazlı təqdimatla çıxış edərək, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını…