Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Seçilmiş peşə təhsil müəssisələri üçün “Karyera məsləhətinin təşkili” üzrə təlim proqramına start verilib
“Karyera məsləhətinin təşkili” təlim proqramına Bakı, Gəncə, Şəki, Qəbələ, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsil müəssisəsindən 50-ə yaxın namizəd müsahibəyə dəvət olunub və nəticədə 22 iştirakçı təlimlərə cəlb edilib.
-
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinə başlanılır
27 avqust – 05 sentyabr tarixində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır. Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub. İşə qəbul müsabiqəsi 2 mərhələdən ibarətdir: Elektron…
-
Elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslərin sənəd qəbulu başa çatmışdır
Qeyd edək ki, elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər 24 avqust – 30 avqust (saat 18:00-dək) tarixlərində sənədlərini Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təqdim etməklə qeydiyyatdan keçmişdirlər.
-
Peşə təhsili üzrə elektron tələbə qəbulunun II mərhələsi başlayır
Sentyabrın 2-dən 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə start veriləcək.
-
"Bacarıqlı Ol" usta yanına öyrənmə layihəsi çərçivəsində “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrimiz üzüm yığımını uğurla başa çatdırıblar
Qəbələdə yerləşən “Aspi Agro” üzüm emalı zavodunda Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi üçün ayrılmış 2 ha sahədə tələbələr istehsalat təcrübəsi ustalarının rəhbərliyi ilə bütün mövsümi işləri yekunlayaraq, məhsul yığımını həyata keçiriblər.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Cənubi Qafqazda özəl sektorun inkişafı və Peşə təhsili və təlimi” layihəsi çərçivəsində təlimlər keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzidən olan mentorlar – Reyhan Məmmədova və Rəşid Mirzəliyev Quba və Xaçmaz Peşə təhsili müəssisələrindən seçilmiş mentorlara 2 gün ərzində təlimlər keçiblər.
-
28-30 iyul 2021- ci il tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günləri təşkil edilib
“Açıq Qapı” günlərində Qəbələ və ətraf rayonlardan olmaqla ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və məzunları, müəllimlər, valideynlər, biznes müəssisələrinin nümayəndələri iştirak ediblər. Həyata keçirilən infoturların iştirakçılarına peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilib. Həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları tərəfindən peşə…
-
Peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilir
10 avqust tarixindən etibarən peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.
-
Turizm Sahəsində Dual Təhsil Proqramına start verilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələrin Turizm Sahəsində Dual Təhsil Proqramına start verilib. 20.08.2021 tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil proqramına tələbə qəbulu üzrə müsahibələr həyata keçirildi.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual Təhsil Proqramına tələbə qəbulu üzrə növbəti müsahibələr həyata keçirilib
Dəvət edilən vətəndaşlar Qəbələ Otellər Qrupunun nümayəndələri tərəfindən aparılan müsahibələrdə iştirak etdilər, fərdi söhbətlər aparıldı, blanklar dolduruldu, yekunda pandemiya qaydalarına uyğun görüşlər keçirildi. Qeyd edək ki, Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.