Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Azərbaycan Diplomatik Akademiyasının əməkdaşları tərəfindən peşə təhsili müəssisələrində tədqiqatlar aparılır.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Diplomatik Akademiyasının əməkdaşları tərəfindən peşə təhsili müəssisələrində qeydiyyatdan keçmiş oğlan və qızlar üçün qeydiyyat nisbəti, məcburi köçkün tələbələr arasında kişi-qadın nisbəti, məcburi köçkün gənclər arasında təhsilini başa vurma, tərk etmə və təkrarlanma nisbəti və s. məsələlər əsasında tədqiqat görüşləri keçirilmişdir. Görüşlərdə qeyd olunan istiqamətlər üzrə müsahibələr aparılıb, peşə təhsilində…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Bitkiçilik mütəxəssisi” ixtisası üzrə təhsil alan tələbələri “AzRose” MMC-də təcrübə səfərində olublar.
Bu səfər tələbələrin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil edilib. “AzRose” MMC qızılgül becərilməsi üzrə ixtisaslaşmış müasir bir təsərrüfatdır. Burada qızılgül bitkiləri ən müasir texnologiyalardan istifadə edilməklə torpaqsız şəraitdə, hidroponika üsulu ilə yetişdirilir. Tələbələrə bu üsulun üstünlükləri, istifadə olunan xüsusi qida məhlulları və qızılgüllərin optimal şəraitdə yetişdirilməsi barədə ətraflı məlumat verilib. Səfər zamanı tələbələr…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “20 Yanvar”- Ümumxalq Hüzn Gününün 35-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər bildirib ki, hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli bir salnamə yaradır. Burada həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olmuşdur: “1990-cı ilin 20 Yanvar…
-
“Qəbələ – İdman Paytaxtı 2025”in açılış mərasimində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi təqdimatları ilə təmsil olunub.
Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin və Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların…
-
Əziz tələbələr,
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Tələbə Gənclər Təşkilatı sədr seçkilərinə start verilir. Əgər siz də öz namizədliyinizi irəli sürmək istəyirsənizsə, müraciət edin! TGT sədrliyinə namizədlər üçün tələblər: Təhsilinin sonuncu ilində olmamalıdır; Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır. TGT-yə sədrliyə namizədlik üçün lazım olan sənədlərin siyahısı:…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində şəhid Ağaşirin Babayevə həsr olunmuş “Açılmamış solan gülüm” adlı kitabın təqdimatı keçirilib.
Müəllifləri Mirhəsən Ağayev və Nigar Babayevanın olduğu kitabın təqdimat mərasimində şəhid Ağaşirin Babayevin valideynləri, yaxın qohumları, Qəbələ şəhid ailələrinin üzvləri, rəsmi dövlət strukturlarının və ictimai təşkilatların təmsilçiləri, qonaqlar, ziyalılar, habelə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis- pedaqoji heyəti və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Aşpaz” ixtisası üzrə təhsil alan 2 illik l kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə sanitariya və gigiyena qaydalarına əməl edərək, ərzaqların ilkin emalı və yeməklərin hazırlanması texnologiyalarını öyrəniblər.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni təchiz olunmuş avadanlıqları ilə təlim dərsi keçirilmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər” ixtisası üzrə təhsil alan 3 illik l kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir. Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə Mərkəzin üzümçülük təlim-təcrübə sahəsində cərgələrarası becərmə işlərini icra etmişlər.
-
Məzunlarımız bizi sevindirməyə davam edir!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Yüksək Texniki Peşə Təhsil səviyyəsi üzrə “Mühasibat uçotu” ixtisasının məzunu Sevinc Aşurova hal-hazırda “Qafqaz Tufandağ Hotel”də “Kassir” vəzifəsində çalışır. Məzunumuzu təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq! https://www.facebook.com/qebeledovletpesetehsilmerkezi/posts/pfbid0QPT9EFj4E6jwCNL8xkQhGaAoy383nfcagg4g23iKgcyDcmTDgKrj8caxeB8xkt8ql https://www.instagram.com/p/DEmwEEHMQhm/?igsh=MXNvaTZ5aTB1anBicg==