Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 1 illik “Xalçaçı” ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə xovlu və xovsuz xalçanın toxunması texnologiyasını; ilmənin salınması, arğacların keçirilməsi, xovların kəsilməsi, yəni verilən çeşninin işlənməsi prosesini öyrənirlər.
-
Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur edib.
Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup müəllim və tələbə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur edib. İnfotur zamanı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tədris və Təlim İşləri üzrə direktor müavini Camal Rəsulov qonaqlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. O, mərkəzin infrastrukturu, tələbə kontingenti, maddi-texniki bazası, təhsil pillələri,…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri Respublika Süni Mayalanma Mərkəzinin təşkilatçılığı ilə Göygöl rayonunda keçirilən “Azərbaycanda genetik tədqiqatlar və embrion köçürmə texnologiyalarının heyvandarlığın inkişafında rolu” mövzusunda elmi konfransda iştirak ediblər.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, nazirlik yanında fəaliyyət göstərən elmi tədqiqat institutlarının, Azərbaycan Dövlət Aqrar Unuiversitetinin, Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitununun, Göygöl rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri iştirak ediblər. 250-dən artıq iştirakçının qatıldığı elmi konfransda “Embrion köçürmə ilə əldə edilən yüksək genetik xüsusiyyətlərə malik buğalar” mövzusunda…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Laborant-mikrobioloq” ixtisası üzrə təhsil alan 3 illik lll kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə karbon qazının alınması təcrübəsini yerinə yetirdilər. Eyni zamanda tələbələr işıq mikroskopunda mikropreparat nümunələrini izlədilər. https://www.facebook.com/share/v/161rMVGhF5/ https://www.instagram.com/p/DEHDQ8_u6Tq/
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə təhsil alan 2 illik l kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə texniki təhlükəsizlik qaydalarına riayət edərək, ölçmə, kəsmə və qaynaq işlərini yerinə yetirdilər. https://www.facebook.com/qebeledovletpesetehsilmerkezi/videos/490737070798245/ https://www.instagram.com/p/DEITkcpOo5L/
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Bərbər-vizajist-manikürçü” ixtisası üzrə təhsil alan 1 illik l kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə sanitariya və gigiyena qaydalarına riayət edərək, formagelin işlənilməsi, kişi saçının kəsilməsi və saçların düzləşdirilməsi texnologiyalarını öyrənirlər. https://www.facebook.com/share/v/1Czxo355Rr/ https://www.instagram.com/p/DD6eWx3syJh/
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Şəhid Ümman Əmiraslanovun doğum günü münasibətilə anım tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova açaraq, şəhid Ümman Əmiraslanovun timsalında bütün Vətən fədailərinin cəmiyyətdə böyük hörmətə və diqqətə layiq olduqlarını qeyd etmişdir. Ardınca şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin gedişində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin çıxışı ətrafında qurulmuş kompozisiya üzrə hazırlanmış…
-
İctimai TV-də yayımlanan “Barlı Bağ” verilişinin növbəti səfəri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə olub.
Verilişin aparıcısı Nərgiz xanım “Arıçı” ixtisasının dərs prosesi və arıçılıq təsərrüfatında həyata keçirilən istehsalat təlimi dərsləri ilə yaxından tanış olub. https://www.facebook.com/share/v/1AAd579ife/ https://www.instagram.com/p/DD1MCDFpLE6/
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekoloji davamlılıq” mövzusunda xüsusi dərs keçirilmişdir.
Mərkəzin ixtisas fənn müəllimləri Nərmin Cabbarlı və Nazpəri Məmmədli tərəfindən keçirilən dərsin gedişatında ekoloji problemlər, onların həll yolları haqqında danışılmış və mövzuya uyğun qrup işləri həyata keçirilmişdir. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində silsilə tədbirlər keçirilmiş və təhsilalanların bu mövzu üzrə mütəmadi məlumatlandırılması reallaşdırılmışdır. https://www.facebook.com/share/p/14xr5aaVTm/ https://www.instagram.com/p/DDyo6iqsnd_/?img_index=1