Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Abşeron Binə Peşə Liseyinin bir qrup müəllim və tələbə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur edib.
Abşeron Binə Peşə Liseyinin bir qrup müəllim və tələbə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər çərçivəsində Mərkəzin infrastrukturu ilə yaxından tanış olmuş, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev qonaqlara mərkəzin fəaliyyəti, tədris prosesi və əmək bazarının tələblərinə uyğunlaşan təhsil modelləri barədə ətraflı məlumat vermişdir. Direktor…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ümumtəhsil fənn müəllimi Fatimə Tağıyeva və bir qrup tələbə “Yaşıl dünya naminə həmrəylik ili “çərçivəsində “Yaşıl düşünək, yaşıl görək” başlığı altında sosial əhəmiyyətli videoçarx hazırlayıblar.
Videonun hazırlanmasında məqsəd insanları Yer kürəsində get-gedə azalmaqda olan “Yaşıl rəng”in qorunmasına çağırış etməkdir. https://www.facebook.com/share/v/15qzHyEPMa/ https://www.instagram.com/p/DDwyVbWsvud/
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər” ixtisası üzrə təhsil alan 3 illik l kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə daxiliyanma mühərriklərinə texniki qulluq işlərinin aparılması, klapanlar arasındakı ara boşluğunun nizamlanması işlərinin yerinə yetirilməsi qaydalarını öyrənirlər. https://www.facebook.com/share/v/1GffBWcv8q/ https://www.instagram.com/p/DDuBVcNuHi3/
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “TABİA Group” MMC arasında əməkdaşlıq çərçivəsində yeni layihələr həyata keçirilir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz” ixtisası üzrə təhsil alan tələbələrə “Synergia Academy” tərəfindən “World of hospitality” mövzusunda təlim keçirilmişdir. Chenot Palace hotelində keçirilmiş təlimdə qonaqpərvərlik sahəsi üzrə yeniliklər öyrədilmiş və təlimi uğurla başa vuran tələbələr sertifikatlarla təltif edilmişdir. https://www.facebook.com/share/p/15XhqwDzYE/ https://www.instagram.com/p/DDrMykfsEQc/?img_index=1
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan 2 illik l kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə üzüm bitkisinə aqrotexniki qulluq qaydalarını öyrənirlər. Hal-hazırda Mərkəzin təcrübə üzüm sahəsində “İtaliya”, “Regina” və “Pino-nuar” üzüm sortlarında quru budama və forma vermə işləri aparılır. Təlim dərsindən qeydə alınmış video-çarxı təqdim edirik. https://www.facebook.com/share/v/1GDQGAqGCv/ https://www.instagram.com/p/DDorMLpN_L4/
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Aşpaz” ixtisası üzrə təhsil alan ll kurs tələbələrinin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə sanitariya və gigiyena qaydalarına riayət edərək, dünya və Azərbaycan mətbəxindən təamlar hazırlayıblar. Təlimin təşkil olunması tələbələrin kollektivlə işləmək bacarıqlarını artırır, yeni növ kulinariya məhsullarının hazırlanması təcrübəsi qazandırır. Təlim dərsindən qeydə alınmış video-çarxı təqdim edirik. https://www.facebook.com/share/v/1BKZ7ZSzF8/ https://www.instagram.com/p/DDgk7spPDM3/
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “Azerbaijan 1C Distribution” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və “Azerbaijan 1C Distribution” MMC-nin direktoru Nərmin Aşirovanın iştirakı ilə əməkdaşlıq memorandumu imzalayıb. Memorandum çərçivəsində “Azerbaijan 1C Distribution” MMC tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Mühasibat uçotu” ixtisasında tədrisin təşkilinə dəstək məqsədilə 1C proqram təminatlarının tədris prosesində istifadə edilməsi məqsədilə, ianə olaraq təmin edilməsi, tələbələrin güzəştli proqramla…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar anım tədbiri və xüsusi dərslər keçirilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günü” Tədbirlər Planı çərçivəsində Heydər Əliyevin Anım Gününə həsr edilən anım tədbiri və xüsusi dərslər keçirilib. Mərkəzin mühəndis-pedoqoji heyəti Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildiriblər. Tədbir ümummilli lider Heydər…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup heyəti və tələbələri Beynəlxalq sertifikatlar qazanıblar.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup heyəti və tələbələri Technest Təqaüd Proqramı üzrə Beynəlxalq Sertifikatlı təlimlərini uğurla başa vurublar. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Start İT Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə “Technest” təqaüd proqramı üzrə 3 ay davam edən təlimlərdə iştirak edən tələbələr “Help Desk” sahəsində təməl bacarıqlara yiyələniblər…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkası keçirilib.
Yarmarkaya işəgötürənlər tərəfindən 80-dən çox vakansiya təqdim edilib. İşəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Yarmarkada Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 200-dən artıq sonuncu kurs tələbələri iştirak edərək, uyğun vakansiyalara müraciət etmişlər. İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada eyni zamanda, iştirakçılara uyğun iş…