Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən müəssisələrlə birgə uğurla davam edir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Rabitə avadanlıqlarının quraşdırıcısı”, “Avtomobillərin təmiri çilingəri”, “Arıçı” və “Mehmanxana inzibatçısı” qrupunun İstehsalat təlimləri davam edir. İstehsalat təlimi müəssisənin daxili iş planı üzrə həyata keçirilir. Tələbələr müəssisə tərəfindən cəlb olunan mentorlar tərəfindən təhlükəsizlik qaydaları ilə təlimatlandırılır, iş rejimi ilə tanış olurlar.…
-
Məzunlarımız bizi sevindirməyə davam edir!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Mehmanxana inzibatçısı” ixtisasının məzunu Bəkirov Əfqan hal-hazırda Qəbələ City Hoteldə “Qeydiyyatçı” vəzifəsində çalışır. Məzunumuzu təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq!
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində “İnsan hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib
Tədbirdə çıxış edənlər Ombudsman tərəfindən hər il olduğu kimi bu ildə Konvensiyanın qəbul olunmasının ildönümü ərəfəsində 20 oktyabr- 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin məqsədinin uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarət olduğunu iştirakçıların diqqətinə çatdırıblar. Uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yaşıl dünya naminə həmrəylik ili ilə əlaqədar olaraq “Qlobal su problemləri” mövzusunda Açıq dərs keçirilib
Mərkəzin İstehsalat təlim ustası Nigar Məmmədova tərəfindən keçirilən Açıq dərsdə Azərbaycanın, dünyanın bir sıra qabaqcıl dövlətlərinin qlobal su problemləri ilə üzləşdiyi qeyd edilib. Mövcud su ehtiyatlarından səmərəli istifadənin, suyun bərabər bölgüsünün, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsinin ciddi əhəmiyyət kəsb etdiyi bildirilib. Tələbələrlə su böhranının səbəbləri, çirklənmiş su təchizatı, içməli su ehtiyatları və gələcək üçün həlli…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yüksək Texniki Peşə Təhsili səviyyəsi üzrə məzun olmuş tələbələrə diplomlar təqdim edilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yüksək Texniki Peşə Təhsili səviyyəsi üzrə “Veb dizayn və proqram təminatı”, “Mehmanxana və Restoran işinin təşkili və idarə edilməsi”, “Muhasibat uçotu” ixtisasından məzun olmuş tələbələrə diplomları təqdim edilib. Tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, Mərkəzin uğurlarından, yeni əməkdaşlıq və layihələr barədə söhbət açıb, məzunları tədris ilini uğurla başa…
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2024-cü ildə də 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan olunması ilə əlaqədar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Şəki Regional Miqrasiya İdarəsi tərəfindən maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2024-cü ildə də 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan olunması ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Təhsil Sektorunun, Qəbələ “ASAN xidmət” Mərkəzinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələrinin, Qəbələ rayonunda yaşayan əcnəbi şəxslərin, Qəbələ Dövlət Peşə Təhsil…