E-vətəndaş proqramının təqdimatı keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbə və müəllim kollektivinin iştirakı ilə Qəbələ QHT -nin Resurs Təlim Mərkəzinin dəstəyi ilə E-vətəndaş proqramının təqdimatı keçirilib. Tədbirin təşkilində əsas məqsəd tələbələrin elektron sistemlərdən düzgün istifadəsi və cəmiyyətdə baş verən yeniliklərə qoşulmasının əhəmiyyətini aydınlaşdırmaq idi.