Səbətiniz Boşdur!
Category: Xəbərlər
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbir keçirilmişdir
Böyük mütəfəkkürə həsr olunmuş tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, mühəndis-pedaqoji heyət və tələbələr iştirak etmişdir. Giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, Nizami Gəncəvinin dünya ədəbiyyat tarixinə verdiyi töhfələrdən söz açıb.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Turizm sahəsində Dual peşə təhsili və təlimi Təhsil Proqramının icrası istiqamətində tədbir həyata keçirib
Tədbir “Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alan tələbələrlə və müəssisədən olan kuratorlarla birlikdə Qafqaz Riverside Hoteldə baş tutub. Görüşdə tələbələrlə üçtərəfli müqavilələr imzalanıb, eyni zamanda tələbələrin otellərdəki iş qrafikləri müəyyənləşdirilib. Dual peşə təhsili və təlimi Təhsil Proqramına uyğun olaraq tələbələr 5 həftə ərzində təhsil müəssisəsində ilkin baza biliklərə sahibləniblər. Növbəti…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində “Zəfər bizimdir” adlı bayram tədbiri keçirilmişdir
Azərbaycanın şanlı ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin 200 illik saxta tarixinə zərbə vurdu, haqq-ədaləti bərpa etdi. Mərkəzin mühəndis-pedaqoji kollektivi bu böyük Zəfət Gününün yüksək əhval-ruhiyyə ilə qeyd etdi. Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirə üçrəngli bayrağımız təntənə ilə gətirildi. Bizlərə zəfər sevinci yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Uşaqlar Birliyi,uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin layihəsi çərçivəsində uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzi yaradılmışdır.
Uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzinin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması və inteqrasiya hüquqlarının təmin edilməsinə, çətin həyat şəraitində olan ailələrə dəstək, uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərin həyata keçirilməsidir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Hərbi Qənimətlər Parkına səfər etmiş, Dənizkənarı bulvarda açılmış Zəfər yarmarkasında iştirak etmişlər
Azərbaycanın Qarabağ savaşında qalibiyyətini əks etdirən hər iki məkanda olmaq qəlbimizi qürur hissi ilə doldururdu. Doğma Bakımızın ən mənzərəli yerində- Yeni Bulvarda yaradılmış Hərbi Qənimətlər Parkı bizə şəhidlərimizin xatirəsinin əbədi yadigarıdır. Qalib Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı qələbə düşmənə, dünyaya, hətta özümüzə belə əsl döyüşçü olduğumuzu sübut etdi.
-
Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında 2021 – 2022 -ci illərdə birgə tədbirlər planları istiqamətində sənədlər imzalanmışdır
Tərəflər öz üzərlərinə qarşlıqlı öhdəliklər götürmüşlər. “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və öyrədilməsi ”, “İşağaldan azad olunmuş rayonlarımızın tarixi və coğrafiyası” və s. mövzularda tələbələrin məlumatlanması üçün xüsusi proqram tərtib olunmuşdur. Tədbirlər planına əsasən həm Qəbələ rayon Heydər Əliyev Mərkəzində, həm də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 44 günlük müharibə və Zəfər tarixinə həsr…
-
Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “11 oktyabr Gəncə terror” unun il dönümü ilə bağlı tədbir keçirilmişdir
İlk öncə bir dəqiqəlik sükutla 11 oktyabr 2020-ci ildə Gəncə terroru zamanı erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərin ruhu hörmətlə anılıb. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Mülki Müdafiə Qərargah rəisi İlham Əfəndiyev çıxış edərək, özünün 44 günlük Vətən müharibəsində iştirakından, şahidi olduğu hadisələrdən danışıb. Daha sonra Mərkəzin istehsalat təlim ustası Qaçayeva Hicran general Polad Həşimovdan…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 sentyabr Anım günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində bir qrup tələbə arasında hərbi yarış keçirilib
Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, tələbələrdə hərbi hazırlığın gücləndirilməsi, onlarda yarış təcrübəsini və ustalığı artırmaqdan ibarətdir.
-
Peşə təhsil müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün Türkiyəyə iki həftəlik təlim və təcrübə səfəri uğurla yekunlaşıb
Təlim səfərinin sonuncu günündə Sultanahmet Mesleki ve Teknik Anadolu Lisesinə ziyarət edilib. İlk öncə tarixi binada yerləşməsi ilə diqqət çəkən təhsil müəssisəsinin rəhbəri Yusuf Atılgan ilə görüş keçirilib. Daha sonra peşə təhsil müəssisəsinin “İKT”, “Elektrik”, “Qrafik” və “Fotoqrafiya”, “Mebel” və “Daxili Məkan” sahələri üzrə istehsalat təlim otaqları, emalatxanalarla tanışlıq olub. Təlim günü çərçivəsində İstanbul Milli…
-
17 oktyabr 2021-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup əməkdaşı “17 oktyabr Gəncə terror” unun il dönümü ilə əlaqədar anım mərasiminə qatılıblar
İlk öncə Gəncə terroru zamanı erməni vəhşiliyinin qurbanı olmuş vətəndaşların xatirəsinin əbədi yaşadılacağı məkan ziyarət edilmiş, onların ruhlarına dualar oxunmuşdur. Ekuskursiya zamanı Gəncə terroru nəticəsində ziyan dəyən tikililər və tarixi yerlər, zərbənin təsirindən ətrafda ziyan dəymiş və dağılmış binalar ziyarət edilmişdir.