Səbətiniz Boşdur!
Category: Xəbərlər
-
"Bacarıqlı Ol" usta yanına öyrənmə layihəsi çərçivəsində “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrimiz üzüm yığımını uğurla başa çatdırıblar
Qəbələdə yerləşən “Aspi Agro” üzüm emalı zavodunda Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi üçün ayrılmış 2 ha sahədə tələbələr istehsalat təcrübəsi ustalarının rəhbərliyi ilə bütün mövsümi işləri yekunlayaraq, məhsul yığımını həyata keçiriblər.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Cənubi Qafqazda özəl sektorun inkişafı və Peşə təhsili və təlimi” layihəsi çərçivəsində təlimlər keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzidən olan mentorlar – Reyhan Məmmədova və Rəşid Mirzəliyev Quba və Xaçmaz Peşə təhsili müəssisələrindən seçilmiş mentorlara 2 gün ərzində təlimlər keçiblər.
-
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ( KOB Azərbaycan / SMB Azerbaijan ), “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə 30 sahibkar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur
Mərkəzin direktoru Qalib Nəbiyev fəaliyyəti əks etdirən təqdimat etmiş, yerli biznes tərəfdaşlığının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə ixtisaslarının açılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələr aparılmışdır.
-
28-30 iyul 2021- ci il tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günlərinə start verilib
Tədbirdə işəgötürən müəssisələrin nümayəndələri, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və məzunları, müəllimlər, valideynlər, Qəbələ və ətraf rayonların sakinləri, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları iştirak edir. Mərkəz ərazisində infoturlar təşkil olunur, emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi və tədbirin xüsusi qonaqları ilə tanışlıq həyata keçirilir, işəgötürən təşkilatların mütəxəssisləri tərəfindən təqdimatlar həyata keçirilir.
-
28-30 iyul 2021- ci il tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günləri təşkil edilib
“Açıq Qapı” günlərində Qəbələ və ətraf rayonlardan olmaqla ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və məzunları, müəllimlər, valideynlər, biznes müəssisələrinin nümayəndələri iştirak ediblər. Həyata keçirilən infoturların iştirakçılarına peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilib. Həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları tərəfindən peşə…
-
Peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilir
10 avqust tarixindən etibarən peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.
-
Turizm Sahəsində Dual Təhsil Proqramına start verilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələrin Turizm Sahəsində Dual Təhsil Proqramına start verilib. 20.08.2021 tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil proqramına tələbə qəbulu üzrə müsahibələr həyata keçirildi.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual Təhsil Proqramına tələbə qəbulu üzrə növbəti müsahibələr həyata keçirilib
Dəvət edilən vətəndaşlar Qəbələ Otellər Qrupunun nümayəndələri tərəfindən aparılan müsahibələrdə iştirak etdilər, fərdi söhbətlər aparıldı, blanklar dolduruldu, yekunda pandemiya qaydalarına uyğun görüşlər keçirildi. Qeyd edək ki, Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dekorativ – tətbiqi sənət (Sanama tikiş növü üzrə) dərnəyinə start verilib
Bu sahəyə marağı nəzərə alaraq, Təhsil Mərkəzi tərəfindən dərnək ödənişsiz şəkildə həyata keçirilir. İki ay davam edəcək dərnəkdə iştirakçılar Dekorativ – tətbiqi sənədin incəliklərini öyrənəcəklər.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində " İşgüzar yazışmalar" üzrə təlim keçirildi
01 iyul 2021-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində inzibati heyət üçün təhsilalanlarla iş şöbəsi tərəfindən işgüzar yazışmalar üzrə təlim keçirildi.