Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbə və müəllim kollektivinin iştirakı ilə Qəbələ QHT -nin Resurs Təlim Mərkəzinin dəstəyi ilə E-vətəndaş proqramının təqdimatı keçirilib. Tədbirin təşkilində əsas məqsəd tələbələrin elektron sistemlərdən düzgün istifadəsi və cəmiyyətdə baş verən yeniliklərə qoşulmasının əhəmiyyətini aydınlaşdırmaq idi.

Tədbiri giriş sözü ilə açan Təhsil Mərkəzin direktoru Azad Məmmədov çıxışında e-vətəndaş proqramının mühüm yenilik olduğunu bildirib və tələbələri QHT layihələrinin qiymətləndirilməsi prosesində fəal olmağa çağırıb.

Sonra Qəbələ QHT -nin Resurs Təlim Mərkəzinin İcraçı direktoru S. Nəbiyev QHT-lərin cəmiyyətimizdəki ictimai problemlərin həlli, milli maraqların qorunması sahəsində məhsuldar fəaliyyət göstərdiklərini deyib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sisteminin fəaliyyəti barədə geniş məlumat verdi.

Toplantıda e-vətəndaş xidmətindən istifadə qaydalarından bəhs edən təlimat xarakterli videoçarx nümayiş etdirilib. Təqdimatdan sonra S. Nəbiyev sualları cavablandırıb.

Tədbirdə Qəbələ RİH-in nümayəndəsi Azər Şirinov və “Qəbələ” qəzetinin əməkdaşları iştirak edirdi.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.